CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvardan başlayaraq maaşımızın bu qədəri əlimizdən alınacaq

© Sputnik / Murad OrujovПередача денег из рук в руки, фото из архива
Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Üç yüz manat maaşın otuz manatı bizim olmayacaq

BAKI, 28 dekabr — Sputnik. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarının 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsindən sonra əsas diqqət əmək haqqı məbləğinin hansı həddə artacağı və ya azalacağına yönəlib.

Женщина с мобильным телефоном и деньгами в руке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmək haqlarımız mövcud reallığa uyğunlaşacaq

Məlum olduğu kimi, 2018-ci ildə ölkə üzrə yaşayış minimumunun 173 AZN olması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas verib.

Buna baxmayaraq, 2017-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləği 155 AZN-dən 173 AZN-ə kimi artsa da, bu artımla yanaşı, 01 yanvar 2018-ci ildən etibarən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcək.

Bununla yanaşı, "Sosial sığorta haqqında" qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi ki, bu məbləğlərin ümumilikdə konkret hansı qaydada hesablanması müəyyən fikir ayrılıqlarına səbəb olurdu.

Bu kimi halları nəzərə alaraq 01 yanvar 2018-ci ildən etibarən əmək haqqı məbləğinin hesablanma qaydasını diqqətinizə çatdırırıq:

Здание Милли Меджлиса - Sputnik Azərbaycan
SƏHİYYƏ
Parlamentdə maaşların az olduğu dilə gətirildi

İşçinin əmək haqqı üzrə

— Əmək haqqının 3%-i DSMF-nə məcburi dövlət sosial sığorta haqqı kimi;

— Əmək haqqı (yalnız 2500 AZN-dək əmək haqqı) məbləğindən 173 AZN (2018-ci il yaşayış minimumu) çıxılmaqla 14% Vergilər Nazirliyinə gəlir vergisi kimi;

— Əmək haqqından 0.5% DSMF-nə işsizlikdən sığorta haqqı kimi.

Misal 1: 300 AZN əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan" əmək haqqı, yaxud Gross) alan şəxsdən

1) 300-ün 3%-i, yəni 9 AZN məcburi dövlət sosial sığorta haqqı

2) 300-173=127-nin 14%-i, yəni 17.78 AZN gəlir vergisi

3) 300-ün 0.5%-i, yəni 1.5 AZN işsizlikdən sığorta haqqı

300 AZN əmək haqqının 300-(9+17.78+1.5)=271.72 AZN məbləği şəxsə çatacaq.

Misal 2: 2600 AZN məbləğində əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan" əmək haqqı, yaxud Gross) alan şəxsdən

1) 2500-ün 3%-i, yəni 78 AZN məcburi dövlət sosial sığorta haqqı

2) 2500-ün 14%-i, yəni 350 AZN, qalan 100 AZN-in 25%-i yəni 25 AZN, ümumilikdə 375 AZN gəlir vergisi

3) 2600-ün 0.5%-i, yəni 13 AZN işsizlikdən sığorta haqqı

2600 AZN əmək haqqının 2600-(78+375+13)=2134 AZN məbləği şəxsə çatacaq.

İşəgötürən tərəfindən isə əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı kimi əmək haqqı fondunun 22%-i, işsizlikdən sığorta haqqı kimi isə 0.5%-i 01 yanvar 2018-ci il tarixdən etibarən ödəniləcək.

Həmçinin qeyd etmək lazımdır ki, bu hesablanma qaydası zamanı vergi güzəştləri, həmkarlar ittifaqlarına ödənilən üzvlük haqqı kimi məbləğlər bütün müəssisələr və şəxslər üçün ümumi olmadığından qeyd olunmayıb.

Şəhriyar Həbilov, Marja

Xəbər lenti
0