Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Parlamentdə maaşların az olduğu dilə gətirildi

© Sputnik / Murad OrujovЗдание Милли Меджлиса
Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Bunun üçün 2-2,5 milyon manat vəsait lazımdır"

BAKI, 22 noyabr — Spuitnik. Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Səhiyyə xərclərinin az olması, həkimlərin maaşlarının aşağı olması xəstəxanaların, klinikaların effektiv işləməsinə maneçilik törədir.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisdə məyusluq: "Qiymətlər qalxdısa, enməyəcək"

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, gələn il üçün səhiyyə xərcləri keçən ildəkindən də bir qədər azdır: "Heç olmazsa əhalinin artımını nəzərə alaraq ilbəil səhiyyə xərclərini artırmaq lazımdır. Biz bunu sabit saxlasaq, səhiyyə sahəsində problemlər yaranacaq".

Millət vəkili bildirib ki, Azərbaycanda ildə təxminən 120-150 uşaq eşitmə qüsuru ilə anadan olur: "Əgər vaxtında əməliyyat olunmazlarsa, bu uşaqlar ömür boyu lal-kar qalırlar. Kapilyar implantasiyaların ölkəmizə gətirilməməsi bu insanların növbəyə dayanmasına gətirib çıxardır. Bizə bununla bağlı müraciətlər var. Bunun üçün 2-2,5 milyon manat vəsait lazımdır".

Xəbər lenti
0