CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək haqlarımız mövcud reallığa uyğunlaşacaq

© Sputnik / Anar MustafayevЖенщина с мобильным телефоном и деньгами в руке, фото из архива
Женщина с мобильным телефоном и деньгами в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı əmək haqqları inflyasiya ilə ayaqlaşa biləcəkmi?

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artıb və sentyabrın əvvəllərində 524,7 manata çatıb.

Доллары, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ekspertdən inflyasiya xəbərdarlığı: Xoşagəlməz problemlər yarana bilər

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 2017-ci ilin yanvar-iyul aylarında 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6,9% artaraq 523 manata çatıb.

2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfər olub ki, onlardan da 875,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bununla belə, dövlət ölkənin əsas işəgötürəni olaraq qalır. Ölkənin muzdlu işçilərinin 57%-ni dövlət işində çalışanlar təşkil edir.

Muzdla işləyənlərin 21,5 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Azərbaycan manatı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu sahələrdə əmək haqqı daha yüksək olub

Qeyd edək ki, yanvar-avqust aylarının yekunlarına görə, orta aylıq əmək haqqının artım tendensiyası izlənib. Bu ilin yanvar-iyul aylarında artım 6,9%, yanvar-avqust aylarında isə 7,4% olub.

Eyni zamanda, sentyabrın axırlarına inflyasiya həddi də aşağı düşməyə başlayıb. Əvvəlki 14%-lik inflyasiyanı 13,9% izləyib.

İlin sonuna elə də çox vaxt qalmayıb. Əmək haqqlarının artımı ölkədəki inflyasiyanın dinamikasından praktiki olaraq iki dəfə aşağıdır. Lakin bir sıra məmurların açıqlamalarından çıxış edərək, 2017-ci ilin yekunlarına əsasən inflyasiyanın birmənalı olacağını gözləmək mümkündür.

Bununla belə, tamamilə inandırıcıdır ki, əgər inflyasiyanın səviyyəsi yüksəlməsə, bu templə artan əmək haqları onun səviyyəsinə adekvat ola, yaxud yaxınlaşa bilər.

Lakin bu, yalnız o halda mümkündür ki, yola salmaqda olduğumuz ildə qalan aylar ərzində bir sıra dövlət idarələrinin təşəbbüsləri nəticəsində yerli istehsalçıların dəstəyi ilə istehlak bazarında məhsulların və xidmətlərin qiymətləri dəyişməmiş qalsın.

Xəbər lenti
0