BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq aşağıdakı şəxsləri təltif edib:
Ali Tekin Atalar
Allahverdiyeva İlhamə Kəmənd qızı
Babayeva Ofelya Rəhim qızı
Boçarov Yuri Borisoviç
Demirçi Ayhan Yunus oğlu
Əhmədov Eldar Məmməd oğlu
Əliyev Yunus Dəmir oğlu
Əsgərov Məhəmməd Xəlil oğlu
Hacıyev Qüdrət Əli oğlu
Qarayev Ələkbər Qara oğlu
Muradlı Arzu Oqtay qızı
Nəsirov Seymur Rahim oğlu
Osman Əsli Əli qızı
Rəhimli Səftər Mikayıl oğlu
Rəhman Vaqif Yusuf oğlu
Rüstəmxanlı Tənzilə Yolçu qızı.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adlarını verib:
“Əməkdar rəssam”
Qurbanov Seyfəddin Əli oğlu
Məmmədov Rəhim Əliağa oğlu.
“Əməkdar artist”
Manafzadə Turan İslam qızı
Məmmədova Elnarə Tofiq qızı
Nuriyev Mais Şükür oğlu.
İlham Əliyev Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannisi, Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatovu, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəlini “Dostluq” ordeni ilə təltif edib.