Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Yeni osmanlıçılıq"ın zühuru və Ərdoğanın hədəfi...

© REUTERS / Osman OrsalВыступление президента Турции Реджепа Тайипа Эрдогана на внеочередном саммите Организации исламского сотрудничества в Стамбуле, 13 декабря 2017 года
Выступление президента Турции Реджепа Тайипа Эрдогана на внеочередном саммите Организации исламского сотрудничества в Стамбуле, 13 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin inkişafı ərəb, yəhudi, fars və digər bölgə xalqlarının maraqlarına cavab vermir

BAKI, 26 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan səfərinin ikinci günündə paytaxt Hartumdan təyyarə ilə Port Sudan hava limanına gəlib. Ərdoğanı Sudan prezidenti Ömər əl-Bəşir qarşılayıb. Türkiyə prezidenti daha sonra Osmanlının tabeliyində olmuş Sevakin adasını ziyarət edib.

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Ərdoğandan ilginc "Osmanlıya dönüş" mesajı: İmperiya bərpa olunur?

Türkiyə prezidenti Sevakin adasındakı Osmanlı gömrük binası, Hənəfi və Şafi məscidlərini ziyarət edib, TİKA tərəfindən aparılan bərpa işləri barədə rəsmilərdən məlumat alıb. Ərdoğan burada Hənəfi məscidində namaz qılıb.

Daha sonra çıxış edən Ərdoğan mühüm açıqlama verib: "Sevakin adasını bu halda görmək bizləri kədərləndirdi. Yerlə yeksan ediblər. Kim? Qərb. Qərbin xarakterində bu var. Bu gün Ömər əl-Bəşirdən xüsusi xahiş etdim ki, bu adanı bizə verin, tamamilə bərpa edək və tarixi şəninə layiq bir vəziyyətə gətirək. Sudan bununla fəxr edər".

"Hətta turizmdə yeni bir addım atırıq. Nədir o yeni addım? İnşallah, Ümrə səyahətləri zamanı bir turizm olar. Tarixdə belə idi, buraya gəlib, buradan Ciddəyə gedilirdi. Yeni yollar inşa edərik. Əziz qardaşım Ömər Bəşir "tamam" dedi" — Ərdoğan bildirib.

"Buranı inşa etmək nə deməkdir bilirsinizmi? Buranı yerlə bir edənlərə cavab vermiş olacağıq. Sizin buraları darmadağın etməyiniz bizim saqqalımızı təraş etməyə bənzəyir. İndi biz buranı elə inşa edəcəyik ki… Kəsilən saqqalın yerindən yenisi çıxar, siz bunu görəcəksiniz. Başqa planlar da var, hələ onları açıqlamıram" — prezident əlavə edib.

Xatırladaq ki, 1517-ci ildə Yavuz Sultan Səlimin Misiri fəthi ilə türk torpaqlarına qatılan Sevakin adası, 1882-ci ildə Misirin ingilislər tərəfindən işğalından sonra Osmanlı nəzarətindən çıxdı. 24 iyul 1923-ci il tarixli Lozanna müqaviləsinin 17-ci maddəsi əsasında qəti olaraq ingilis idarəciliyində olan Misirə verildi. Sudanın 1956-ci ildə müstəqilliyini qazanması ilə adıçəkilən ada Sudan torpaqlarının bir parçası oldu.

Beləliklə, Ərdoğan "yeni osmanlıçılıq" siyasətini yenidən qabartdı. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, "yeni osmanlıçılıq" siyasəti, onun ardınca da qonşularla "sıfır problem" xətti iflasa uğrayıb. Siyasi araşdırmaçıların qənaətincə, əslində, Ərdoğanın "yeni osmanlıçılıq" siyasətinin gündəmə gətirilməsi bütün ərəb ölkələrini qorxudub və Türkiyədən uzaqlaşdırıb.

Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyinə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Osmanlılar Bakıya niyə "Qafqaz Türk" yox, "Qafqaz İslam" ordusu göndərdi?

Bu siyasət nəticəsində Türkiyə vaxtilə Yaxın Şərqdə ən yaxın müttəfiqi olan İsraillə düşmən olub. Lakin Ərdoğanı anlamaq mümkündür. Türkiyə Yaxın Şərqdə və Mərkəzi Asiyada təhlükəsizliyin əsas elementlərindən biri olduğundan, artıq ABŞ və NATO-nun "kiçik qardaşı" rolunda çıxış etmir. Buradan da Türkiyənin Yaxın Şərqdə və Cənubi Qafqazda vasitəçilik təşəbbüslərini göstərməsi ideyaları irəli gəlir.

"Yeni osmanlıçılıq"ın aqressiv aspektləri olmasa da, hər halda qonşu ölkələrdə qıcıq doğurur. Bununla belə, regionun aparıcı dövlətlərindən birinə çevrilmək üçün Türkiyə daha fəal diplomatik və iqtisadi siyasət həyata keçirməlidir. Digər tərəfdən, "yeni osmanlıçılıq"ın həyata keçirilməsində vasitə kimi Türkiyə Yaxın Şərq istiqamətində Suriya, Livan, Misir, İraq, habelə, körfəzin monarxiyalarını əhatə edən inteqrasiya dəhlizlərindən istifadə etməlidir. Onlar isə Ankaranın güclənməsini istəmirlər.

Əslində "yeni osmanlıçılıq" və avrasiyaçılıq devizlərindən istifadə etməklə Türkiyə bir tərəfdən İranı, Pakistanı, Əfqanıstanı, digər tərəfdən isə postsovet məkanının türk dünyasını – Mərkəzi Asiya və Azərbaycanı öz təsir dairəsinə salmağa cəhd göstərə bilərdi. Lakin burada nəzərə alınmayan məqamlar da mövcuddur.

Bəzi araşdırmaçılar belə düşünürlər ki, "yeni osmanlıçılıq" ideologiyası İslam amilinə görə birləşdirici gücə malikdir. Bu ideologiya Yaxın Şərqin ərəb dövlətlərini və Şimali Afrikanın bir sıra İslam ölkələrini təsir altına almağı ehtiva edir. Bu baxımdan, Ankara üçün Bakı, Tiflis, İrəvan, Moskva, Vaşinqton eyni dərəcədə maraq kəsb edən tərəfdaşlar kimi səciyyələndirilir.

Ərdoğan xarici siyasətində sırf öz maraqlarına oynayır. Onun üçün qonşularını nəzarətə götürmək, "yeni osmanlıçılıq" ideyalarını gerçəkləşdirmək başlıca məqsəddir. Bu ideyanın reallaşması üçün Ərdoğana Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlıq son dərəcə vacib olmalı idi, lakin Ərdoğan Yaxın Şərqi hədəf götürüb. Əslində, Ankara artıq ikinci dəfədir ki, belə siyasət yürüdür. Türkiyənin sabiq prezidenti, mərhum Turqut Özal vaxtilə bu istiqamətdə fəallıq göstərirdi.

Bu baxımdan, T.Özalın Orta Asiyaya, sonra da Azərbaycana səfər edəndən sonra Türkiyədə vəfat etməsi şübhələrin bir qismini Azərbaycanın, onun o zamankı Elçibəy hökumətinin üzərinə yönəltmək istəyənlərə də şərait yaratdı. Lakin Özal və Elçibəy Türk Birliyi ideyasının tərəfdarları idi. Və Özalın 1992-ci ilin oktyabrında çox zəngin və mühüm gündəliyi olan Türkdilli Dövlətlərin Zirvə Toplantısını Ankarada keçirməsi, orada Avropa Birliyi örnəyində türk birliyi modelini təklif etməsi Ankaranın yeni hədəflərindən xəbər verirdi.

Turqut Özalın qətli (bu versiyaya indi inanların sayı daha çoxdur), Elçibəy hakimiyyətinin süqut etməsi Avropa Birliyi örnəyində formalaşdırıla biləcək Türk Birliyi modelinini dəfn etdi. Nəticədə Türkiyədə yeni paradiqma meydana çıxdı (yaxud çıxarıldı) — ərəb dünyasını birləşdirəcək "yeni osmanlıçılıq" xəttinin zühuru.

Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Yeni güc mərkəzi yaranır: Rusiya-Türkiyə-Azərbaycan ittifaqı

Beləliklə, Cənubi Azərbayacan farslara fəda edildi, Şimali Azərbaycan və Orta Asiyaya nəzarət istəyindən imtina edildi. Türk birliyi əslində elə osmanlıçılığı ehtiva edirdi, lakin türk faktoru burada əsas olacaqdı, ərəb amili ikinci dərəcəli rol alacaqdı.

Geosiyasət daha soyuqqanlı yanaşmanı tələb edir. Türk-fars-ərəb birliyinə çox böyük şəxsiyyətlər çalışıblar, nail ola bilməyiblər. İran, bəzilərinin vurğuladığı kimi, fars və türklərin qardaş olduğu ölkə deyil, bu iki millət bir-birini qəbul edə bilmir və uzun müddətdir aralarında kəskin qarşıdurma gedir.

Eyni zamanda Türkiyənin inkişafı ərəb, yəhudi, fars və digər bölgə xalqlarının maraqlarına cavab vermir. Bunu anlayan T.Özal üzünü Azərbaycan və Orta Asiyaya tutaraq "türk əsri gəlir" mesajını verirdi. Onu da vurğulamaq lazım gəlir ki, Ə.Elçibəy "Qarabağın azadlığı Təbrizdən keçir" deyəndə romantizm nümayiş etdirmirdi, Qərbin dəstəyi ilə Özalın türk birliyi ideyasını möhkəmləndirirdi.

İndi siyasət dəyişib, Cənubi Azərbaycan amilini qabardanlar bu ideyanın qətlinə hazırlaşanlardır və birmənalı şəkildə okeanın o tayından idarə edilirlər. Farslar Cənubi Azərbaycana, ərəblər isə Türkiyəyə arxadan zərbə endirəcəklər.

Türkiyədə zaman-zaman türk birliyi uğrunda mübarizə aparan siyasətçilər olub – Turqut Özal, Nəcməddin Ərbakan, Alparslan Türkeş, Möhsün Yazıçıoğlu və başqaları. Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyev eyni siyasəti daha soyuqqanlı formada həyata keçirirdi. Onun "bir millət, iki dövlət" şüarı heç kəsi qıcıqlandırmadan həyata keçirilən xətt idi.

Əslində, Ərdoğanın Bakıya səfəri ərəfəsində Türkiyədə terror edib, onun Azərbaycana gəlişinin qarşısını alanlar da bu şüardan ehtiyyat edənlər idi. Prezident İlham Əliyevin həmin zaman qəfil Türkiyə səfəri Bakının türk iqtisadi birliyi ideyasına münasibətini sərgiləyirdi. Bakı avrasiyaçılıq, liberalizm, islamizm cərəyanlarını uzalaşdırmaq xətti yeridir və bir çox məsələlərdə öz barışdırıcı missiyasını təklif edir. Lakin özünə qarşı da eyni münasibəti görmək istəyir. Azərbaycan türk birliyinin ən əsas oyunçusudur və bu amil nəzərə alınmalıdır…

Xəbər lenti
0