Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azad Rəhimov Fazil Məmmədovla bağlı məsələyə aydınlıq gətirdi

© Sputnik / Tarana KhudabakhshiyevaAzad Rəhimov
Azad Rəhimov - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqləndirmirik"

BAKI, 25 dekabr — Sputnik. Gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sputnik Azərbaycan xəbər verir ki, nazir öncə "Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsi Azərbaycan Güləş Federasiyasının və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə mənfi təsir göstərməyəcək ki?" sualına cavab verib.

İdman Nazirliydə ilin yekunlarına həsr olunmuş tədbir - Sputnik Azərbaycan
İDMAN
İdman aləminin ən yaxşıları mükafatlandırıldı

"Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqləndirmirik. Cənab prezidentin idman siyasəti uğurla davam etdiriləcək. Gələn il Bakıda planlaşdırılan velosiped üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur" — A.Rəhimov cavab verdi.

O, "Bəzi yarışların rayonlardakı olimpiya idman komplekslərində keçirilməsi mümkündür" sualına isə belə cavab verib: "Biz də bunu istərdik. Lakin rayonlarda tələbat az olduğu üçün, cəmi 1100 nəfərlik tribunalar var. Voleybol üzə Avropa çempionatı zamanı da Göygöldə əlavə oturacaqlar quraşdırıldı".

Daha sonra dialoq belə davam edir:

— 2018-ci il üçün dövlət tərəfindən büdcədə artım gözlənilir?

— Xeyr, heç bir dəyişiklik gözlənilmir.

— "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

— Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərdə inam yaratdı. Baxmayaraq ki, "Qarabağ"ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdır.

— Futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanacaq?

— Bəli, bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir.

Xəbər lenti
0