CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqların sevdiyi şokoladın içində narkotik aşkarlanıb?

CC BY 2.0 / Donnie Ray Jones / WindowРебенок у окна, фото из архива
Ребенок у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İçində narkotik həbləri olan kinderlər dünyanı qarışdırdı: şokoladlı yumurtalar terrorçuların və narkotik tacirlərinin hədəfindədir

BAKI, 30 noyabr — Sputnik. Müasir oyuncaq istehsalçılarının sevdiyi şüarlardan biri də "Uşaqları həyata alışdırmaq"dır. Müxtəlif oyuncaqları istehsal edərkən onlara müəyyən don geyindirməyə çalışırlar. Bildirirlər ki, bu oyuncaqlar uşaqlara həyat və ətrafda baş verənləri dərk etməyə kömək edir. "Uşaq sürprizi" (Kinder-sürpriz) adlanan içindəki plastik qabda oyuncağın yerləşdirildiyi yumurta formalı şokolad da uşaqların haradasa həyatı əylənərək öyrənməsinə hədəflənib. Onlar həm yumurtanın işindəki dadlı şokoladı yeyir, həm də səbrsizliklə onun içindən hansı oyuncağın çıxacağını gözləyirlər. Yaxud elə şirkətlər var ki, onlar oyuncaqların yanında dərman həblərinə bənzəyən şirniyyatlar da satırlar. Guya bu həblər bir çox hallarda dərmanları içməkdən imtina edən uşaqlara dərmanların qorxulu bir şey olmadığını təlqin etmək üçün nəzərdə tutulur.

Lakin oyuncaqlar və onların içinə yerləşdirilən şirniyyatlar heç də hər zaman uşaqları həyata hazırlamağa və əyləndirməyə xidmət eləmir. Bəzən onlar uşaqların həyatı üçün böyük təhlükə mənbəyinə çevrilir. Əlbəttə ki, narkotik tacirlərinin və terrorçuların əlinə düşəndə.

Bu günlərdə Britaniya məhkəməsi iki ay əvvəl bir kinder sürprizin içindən çıxmış narkotik həblərin ora necə düşdüyünü araşdırmaqla məşğuldur. 

Belə ki, sentyabr ayında Böyük Britaniya vətəndaşı olan Sofiya Braun oğluna növbəti şokoladlı oyuncaq alır. Oyuncağın bağlamasının üzərində "Minionlar"ın (Minions — Amerikanın animasiya komediyasının qəhrəmanları-red.) şəkli olduğundan, ana fikirləşir ki, yumurtanın içində də bu seriyadan olan oyuncaq çıxacaq. Qadın yumurtanın içindəki plastik qabı açanda, gözlərinə inanmır. Burada həblər var. Qadın həblərin nə olduğunu öyrənərkən, dəhşətli həqiqət üzə çıxır. Sən demə, bu, narkotik maddə imiş.

Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib

Sofiyanın əksər qadınlar kimi oğlunun hər addımını izləmək imkanı yoxdur. Xoşbəxtlikdən bu dəfə oğlu içində sürprizin olduğu qabı açmağı anasına həvalə edib və soruşub ki, içindən nə çıxdı? Anası 6 həbi oğluna necə təqdim edəcəyinin çaşqınlığı içində qalıb. "Birdən onu oğlu açardı və həbləri udardı?" Sofiya bunun nəticəsini təsəvvür etmək belə istəmir. Bu həblər uşaqlar üçün ölüm həbidir.

Hazırda istintaq bu həblərin uşaq oyuncağının içinə necə düşdüyünü araşdırır.

"Biz mümkün olan hər şeyi edirik ki, uşaq oyuncağının içinə narkotik maddənin necə düşdüyünü araşdıraq" — deyə dairə polisinin rəisi bildirib.

Sofiya qeyd edib ki, əgər plastik qabı oğlu özü açsaydı, mütləq həbləri konfet bilib yeyəcəkdi.

Britaniyanın hüquq-mühafizə orqanları oyuncağın içinə narkotiklərin yerləşdirilməsinin əhali arasında ajiotaj yaratmaq məqsədi güddüyünü istisna etmirlər. Həmçinin bunun rəqib firmaların işi ola biləcəyini də ehtimal edirlər. Eyni zamanda belə bir fikir də var ki, həmin həblər uşaqların xoşuna gələ və onlarda aludəçilik yarada bilər. Amma bu həblərin uşaqların həyatına qəsd etmək məqsədi daşıya biləcəyi də hüquq-mühafiqə orqanlarının üzərində dayandığı versiyalardan biridir.

Kinder-sürprizin (Kinder Sorpresa-ital.) ticarət markası italyan şirkəti Ferreroya məxsusdur.

Kinder-sürprizin yaradıcısı Uilyam Saliçe Ferrero konditer konsernində 1960-cı ildə işə başlayıb və konsernin sahibi Mikele Ferreronun sağ əli olub. O, şirkətdə 40 ildən artıq işləyib və 2007-ci ildə təqaüdə çıxıb.

Şokoladlı yumurtaların istehsalına şirkət 1972-ci ildə (şirkətin saytında 1974-cü il yazılıb.-red.) başlayıb. Kinder-sürprizlər təkcə uşaqlar arasında deyil, xırda oyuncaqların kolleksiyaçısı olan böyüklər arasında da populyardır. Ferrero hər il yüzdən çox müxtəlif sürprizlər fikirləşir. Şokoladlı yumurtanın içərisinə oyuncaq yerləşdirmək ideyasının yaşı isə kinder-sürprizin yaşından çoxdur. Oyuncaqlı şokoladlı yumurtalar Saliçenin anadan olmasından (1933) xeyli əvvəl Rusiya imperiyasında populyar olub. 

Ağzında əmzik olan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşaqlara qışqırmayın, şəkərə tutula bilərlər

İsti iqlimi olan ölkələr üçün Ferrero daha gec əriyən şokoladdan hazırlanmış "Kinder-joy" ("Uşaq sevinci") variantını istehsal edir.

2013-cü ilə qədər ABŞ-da "Kinder-sürpriz"in idxalı və satışı qadağan edilib. Bunun üçün hər yumurtaya görə cərimənin həcmi 2500 dollara yaxın olub. 1938-ci ildə qəbul olunmuş qanun yeyilməyən əlavələri olan şirniyyatların satışını qadağan edib. Qadağan onunla bağlı olub ki, şokolad yumurtasının içindəki oyuncaqlar uşaqlar üçün potensial təhlükədir: uşaqlar xırda oyuncaqları ağızlarına qoyub boğula, uda, yaxud onları çeynəyə bilərlər. Lakin Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi burada funksional məqsədi müəyyən etməyib. Ferreronun davamlı müraciətlərindən sonra 2013-cü ildə ABŞ-da kinder sürprizlərə qoyulan qadağa aradan qalxıb.

Ferrero italyan şirkətinin istehsalı olan kinder sürprizlər onun bağlamasının üstündə göstərildiyi kimi 3 yaşdan aşağı olan uşaqlar üçün də təhlükəli deyil. O, yeni doğulmuşlardan başqa bütün uşaqlar üçün nəzərdə tutulub. Amma ABŞ başda olmaqla bir çox ölkələrdə bu cür "dadlı oyuncaqlar"dan terrorçuların və cinayətkarların pis məqsədlərlə istifadə edə biləcəyindən böyük narahatlıq var.

Xatırladaq ki, kinder sürprizlər və içində həbləri xatırladan konfetlərin olduğu digər oyuncaqlar Azərbaycanda da müstəqillik illərindən sonra geniş şəkildə yayılıb. Onların nə dərəcədə təhlükəsiz olduğu barədə suallar isə hələ ki, açıq qalır.

Xəbər lenti
0