Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСледственный изолятор, фото из архива
Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rza Zərrab özünə qarşı irəli sürülən 6 ittihamın hamısını qəbul edib

BAKI, 29 noyabr — Sputnik. ABŞ-la Türkiyə arasında ciddi gərginliyə səbəb olan Rza Zərrabın istintaq işi ilə əlaqədar yeni detallar üzə çıxıb. 2016-cı ilin martında Mayami ştatında olarkən həbs edilən, daha sonra Nyu-York prokurorluğuna gətirilən Rza Zərrab, ABŞ-ın İrana qarşı sanksiyalarını qırmaqda təqsirləndirilsə də, o, bu müddət ərzində ittihamları rədd edirdi. Ta ki, prokurorluğun dünənki açıqlamasına qədər.

© AP Photo / Depo PhotosRza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan
Rza Zərrab

Zərrabın işinə baxan məhkəmə hakimi Riçard Berman, Nyu-York şəhər prokurorluğunun ona, "Rza Zərrab özünə qarşı irəli sürülən 6 ittihamın hamısını qəbul edib. O, həbsxanada etdiyi daha bir günahı da boynuna alıb" dediyini söyləyib.

Məlumatı prokurorluq da təsdiqləyib. İddiaya görə, Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrab, həbsxanadakı gözətçilərə narkotik, fahişə və spirtli içki qarşılığında rüşvət təklif edib. Ona qarşı yönələn digər 6 ittiham isə sırf ABŞ-ın İrana olan embarqosunu qırmaqla bağlıdır.

Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Rza Zərrabın 3 gün boyunca məhkəmədə etirafçı olacağı bildirilir. O, hələ də etirafçı olmayan, digər müttəhim, Türkiyənin "Halk Bank" bankının sədr müavini Hakan Atilla əleyhinə ifadə verəcək.

Qeyd edək ki, Hakan Atillanın vəkili Viktor Rokko, İrana qarşı embarqonun qırılmasına görə Rza Zərrabı və "Halk Bank"-ın sədri Süleyman Aslanı günahlandırıb.

Xəbər lenti
0