Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlara qışqırmayın, şəkərə tutula bilərlər

CC0 / Ben_Kerckx / BabyAğzında əmzik olan uşaq, arxiv şəkli
Ağzında əmzik olan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirir

BAKI, 28 noyabr — Sputnik. Bu yaxınlarda Türkiyə mediası 8 yaşlı uşağın valideynlərindən qorxması nəticəsində şəkər xəstəliyinə tutulması haqda məlumat yayıb. Bu xəbər ictimaiyyətdə narahatlıqla qarşılanıb.

Sputnik Azərbaycan axar.az-a istinadən xəbər verir ki, həkim-endokrinoloq Nadirəa Ağazadə belə xəstəliklərin irsən keçdiyini deyib: “Belə hallar baş verə bilər,amma burada irsi faktorun rolu böyükdür. Yəqin ki, həmin uşağın ana-atasında, birinci dərəcəli qohumlarında şəkərli diabet olub və nəticədə uşaqda da həmin xəstəlik əmələ gəlib. Anidən qorxmaqla heç kim şəkər xəstəliyinə tutulmur”.

Uşaq endokrinoloqu İlsur Novruzov da bildirib ki, uşaqlarda şəkər xəstəliyi qəfildən yarana bilməz: “Ola bilsin ki, həmin uşaq şəkər xəstəliyini gizli şəkildə yaşayıb. Sadəcə, qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirib”.

Xəbər lenti
0