CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzil alanlar da çaşqınlıq içində, satanlar da: bu vəziyyətdə nə etməli?

© Sputnik / Irade JELILNəsimi rayonu Keykab Səfərəliyeva küçəsi 25 ünvanında yerləşən yaşayış binası
Nəsimi rayonu Keykab Səfərəliyeva küçəsi 25 ünvanında yerləşən yaşayış binası - Sputnik Azərbaycan
Abunə olmaq
İpoteka krediti ilə ev almaq istəyən vətəndaşlar üçün də xeyli çətinliklər yaranıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Paytaxtda irimiqyaslı tikinti-söküntü işlərinə başlanmasının tikinti bazarında inflyasiyaya səbəb olacağı ehtimalını artırır. Mütəxəssislərin fikrincə, yeni tikililərə tələbatın az olması, evlərin qiymətinin aşağı düşməsinə və tikinti şirkətlərinin iflası ilə nəticələnə bilər. Tikinti bazarında təklif tələbdən çox olduğu zaman itirən yenə şirkətlər olacaq. Bu səbəbdən də, şirkət rəhbərləri tələbə uyğun hərəkət etməlidir.

Вид на город Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar

Tikinti eksperti Elnur Fərzəliyevin Sputnik Azərbaycan-a danışdığına görə, paytaxtda aparılan söküntü işləri daşınmaz əmlak bazarında ev qıtlığına səbəb olmaqla yanaşı, qiymət artımına da səbəb olub. Ekspert bildirir ki, qiymət artımı əsasən sökülmə ehtimalı olmayan 9 və daha hündür mərtəbəli binalarda müşahidə olunur.

"Bununla yanaşı, ipoteka krediti ilə ev almaq istəyən vətəndaşlar üçün də xeyli çətinliklər yaranıb. Səbəb beşmərtəbəli binalara, xüsusən də sökülmə ehtimalı olan ərazilərdəki evlərə bankların ipoteka krediti verməməsindədir" — Fərzəliyev qeyd edir.

© © KarikaturaYenə plana düşmüsünüz
Yenə plana düşmüsünüz - Sputnik Azərbaycan
Yenə plana düşmüsünüz

O bildirir ki, aparılan söküntü işləri alıcıların və satıcıların caşqınlıgına səbəb olub: "Alıcılar söküntü olan ərazilərdən ev almağa üstünlük versələr də, tərəddüd edirlər. Çünki nə vaxt söküləcək, kim sökəcək, nə vaxt tikiləcək və sair bu kimi suallar alıcıları narahat edir. Lakin söküləcək binalardan ev almağın üstünlükləri də çoxdur. Pilot layihəyə düşən hər bir mənzilə yerində tikiləcək binalardan təmirli, daha geniş kvadratla yeni mənzil verilir və əlavə olaraq bina tikilib tam təhvil verilənə qədər hər ay kirayə pulu ödənilir".

Müsahibimizin sözlərinə görə, əslində söküntü işləri qəzalı olan, istismar müddətini başa vurmuş və şəhər arxitekturasına xələl gətirə bilən binalardan başlanılmalı idi: "Amma bəzi yerlərdə qəzalı olmayan binalar da sökülür. Şəhərin bir çox ərazilərində artıq xeyli söküntü işləri aparılıb və tikintiyə başlanılıb. Hətta Nərimanov rayonu Heydər Əliyev prospektində bir neçə il əvvəl sökülmüş bəzi binaların əvəzinə yeni binalar tikilərək sakinlərə təhvil verilib".

Ekspert bildirir ki, çox zaman pilot layihələrin inşasını aparan bəzi tikinti şirkətləri tələb olunan səbəblərdən sökülməli olan binaların əvəzinə, həyəti geniş olan və qəzalı vəziyyətdə olmayan binaların sökülməsinə üstünlük verir: "Səbəb isə bir bina əvəzinə bir neçə bina tikib sataraq, daha çox gəlir əldə etməkdir. Şəhər ətrafında və mərkəzdə tam qəzalı vəziyyətdə olan yataqxana tipli, məcburi köçkünlərin məskunlaşdıqları xeyli bina var. Həmin binalar və orada yaşayan sakinlər hər an təhlükə ilə üz- üzə qalırlar".

Hazırda ərazidə söküntü işləri davam edir - Sputnik Azərbaycan
Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi

"Bu binalarda elektrik xətləri qeyri-standart çəkilib, sanitar qovşaqları qəzalı və demək olar ki, istismar müddətini tam başa vurmuş binalardır. Bu tip binalarda qısaqapanma nəticəsində baş verən yanğınlara dəfələrlə şahid olmuşuq. Düşünürəm ki, ilk olaraq bu binaları sökmək daha məqsədə uyğun olardı" — Fərzəliyev vurğulayır.

Onun iddiasına görə, sökülən bütün ərazilərin yerində yenidən tikinti işləri aparmaq mənzil bazarının süqutuna gətirib çıxara, eyni zamanda da tikinti şirkətlərinin iflası ilə nəticələnə bilər: "Təklif tələbi dəfələrlə üstələsə, bu, mənzillərin qiymətlərinin xeyli ucuzlaşmasına gətirib çıxarar. Yəni, bugünkü gündə hər bir alıcı üçün 5 mənzil seçimi varsa, sökülən ərazilərin tamamı tikildikdən sonra hər bir alıcı qarşısında onlarla mənzil seçimi olması ilə nəticələnəcək".

"Bu da mənzillərin qiymətlərində ucuzlaşma ilə müşahidə olunacaq. Belə bir vəziyyət yaranarsa, tikinti şirkətləri də iflasa uğraya bilər. Tikinti şirkətlərinin iflası isə tikilməkdə olan mənzillərin yarımçıq vəziyyətdə qalması ilə də nəticələnə bilər" — mütəxəssis qeyd edir.

İqtisadçı Samir Əliyev də Sputnik Azərbaycan-a deyir ki, söküntü baş verirsə, bu proses təbii olaraq mənzil bazarına təsir göstərir: "Söküntülər zamanı insanlara müəyyən qədər pul verilir və bu da bazarda alıcı kütləsinin artması deməkdir. Alıcı kütləsi tələbat artımı, tələbat artımı isə qiymətin bahalaşması deməkdir".

Mütəxəssisin sözlərinə görə, söküntün miqyası mənzil bazarına təsir göstərə bilər: "Bir-iki binanın sökülməsi mənzil bazarına təsir edə bilməz. Söküntünün miqyası böyükdürsə, bu, mənzil bazarına təsir göstərir. Söküntülər eyni zamanda tikinti bazarına da təsir göstərir. Yəni bu sahədə bahalaşma müşahidə edilə bilər".

Ekspert bildirir ki, söküntü müəyyən sahələrə təsir edə bilər, amma ölkədə inflyasiya yarada bilməz.

Xəbər lenti
0