CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət Məcəlləsində yeni cəza: nə cərimə var, nə də həbs

© Sputnik / Anar MustafayevCinayət Məcəlləsi
Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Azadlığın məhdudlaşdırılması cəzası alternativ cəza olaraq təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması cinayətinin sanksiyasına daxil edilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə 1000 manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq. Bu, Cinayət Məcəlləsinin 189.1-ci maddəsinə (Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması) dəyişiklikdə əksini tapıb. Dəyişikliyə görə, 189-1.1-ci maddənin sanksiyasında "işləri" sözündən sonra "və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması" sözləri əlavə edilib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən millət vəkili Vüsal Hüseynov deyib ki, azadlığın məhdudlaşdırılması yeni cəza növü kimi Cinayət Məcəlləsinə daxil edilir və azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi məhkumun cəmiyyətdən tam deyil, qismən təcrid olunmasını nəzərdə tutur. Bu cəza növü bir çox cinayətə münasibətdə alternativ cəza kimi nəzərdə tutulur. 

Суд - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda eyni məhkəmə qərarından şirkət də, nazirlik də narazı qaldı

Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması cinayətinə gəldikdə isə millət vəkili deyib ki, bu cinayət mülkiyyət əleyhinə olan cinayət növüdür: "Dəyişiklərin əsas məqsədlərindən biri bu sahədə olan cinayətlərə görə cəzaların yüngülləşdirilməsidir. Buna uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası alternativ cəza olaraq təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması cinayətinin sanksiyasına daxil edilir. Dəyişikliklərdən biri də mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə maddəsinin məcəlləyə daxil edilməsidir. Bu cinayət də mülkiyyət əleyhinə olan cinayət olduğu üçün cinayət məsuliyyətindən azad edilmə mümkündür".

Enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında dəyişikliyi müsbət qiymətləndirib: "Bu, öz effektini verəcək. Məsələn, Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin 2016-cı ildə auditini təşkil edən beynəlxalq şirkət öz hesabatında qeyd edib ki, 1 milyard kubmetrdən artıq itkilər var. Əgər "Azəriqaz" İstehsalat Birliyi əmtəəni satırsa, onun pulu geri qayıtmırsa, bunun özü elə itkidir. Yəni, istifadə edilir, amma pulu ödənilmir".

Onun sözlərinə görə, bunlar evlərini qızdıran sadə istehlakçılar deyil: "Bunlar kommersiya məqsədilə qoşulmaları həyata keçirən şəxslərdir, yəni, istixanalardır. Bu istixanaların müəyyən "himayədar"ları olur. Ona görə də, yerlərdə "Azəriqaz"ın əməkdaşları onlara bata bilmirlər. Qanun səviyyəsində bunun sərtləşdirilməsi imkan verəcək ki, artıq belə bir hallar ilə üzləşəndə öz cəzalarını çəkməli olacaqlar. Prokurorluq həmin adamları ifşa etməlidir. Buna ölkədə axı bir təşkilat deyil, bir neçə qurum nəzarət edir". 

Avtomobil işığı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət edin: nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz

"Bu məsələlərdə ictimai nəzarət olmalıdır. Digər tərəfdən, vergilər öz rolunu oynamalıdır. Bu məsələlərə kompleks şəkildə yanaşılmasa, effektiv bir nəticəyə gəlmək olmaz. Bunu bir təşkilatın üzərinə atmaq olmaz. Burada dövlətin bütün strukturları işləməlidir" – deyə o bildirib.

Hüquqşünas Elyar Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, cəzanın növləri rəngarəng olanda, ədalətli cəza təyin etmək imkanı da geniş olur: "Buna alternativ cəzalar deyirik. Məsələn, var cərimə, var azadlıqdan məhrum etmə. Azadlıqdan məhrum etmə ağır cəzadır. Cərimə isə yüngül cəzadır. Azadlığın məhdudlaşdırılması isə orta bir cəzadır. Biz buna differensiallaşdırma deyirik. Bunun maddəyə əlavə edilməsi normaldır".

Hüquqşünas Asif Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dəyişiklik məqsədəuyğundur: "Çünki islah işləri o qədər də effektiv deyil. Cərimə ilə azadlığın məhdudlaşdırılmasının olması kifayət edir. İslah işləri o qədər də effektiv deyil. Bunun mənfi bir cəhətini görmürəm. Məhkəmə üçün seçim etməyə görə daha bir ağır cəzanın olması məqsədəuyğundur".

Qeyd edək ki, digər dəyişikliyə görə, 189-1.2-ci və 189-1.3-cü maddələrin sanksiyasında "və ya" sözlərindən sonra "bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə olunub. 189-1.2-ci maddəsinin təklif olunan variantda deyilir ki, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Əlləri qandallanmış qadın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Övladını öldürənlərə qarşı cəzalar ağırlaşdırılmalıdır"

189-1.3-cü maddəsinin təklif olunan variantda deyilir ki, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-ci, 189-1.2-ci və ya 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 189-1.2-1-ci maddə əlavə edilib: "189-1.2-1. Bu Məcəllənin 189-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Dəyişikliyə görə, həmin maddənin "Qeyd" hissəsi ləğv olunub. "Qeyd" hissəsində deyilir ki, bu Məcəllənin 189-1.1 və ya 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Dəyişikliklər ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0