CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda eyni məhkəmə qərarından şirkət də, nazirlik də narazı qaldı

Abunə olmaq
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib

BAKI, 25 oktyabr — Sputnik. "Azercell Telekom" MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xəbər lenti
0