CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Etiraf: "Ömürlük məhbus deyirdi ki, bütün ömürlüklər güllələnməlidirlər"

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas: "Məhkum ən azı cəzasının 25 ilini çəkməlidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. Cəzasının ən azı 25 ilini çəkmiş ömürlük məhkumun cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 57-ci maddəsinə (Ömürlük azadlıqdan məhrum etmə) dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeni variantda deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Mövcud variantda isə deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Yəni, hazırda bu müddət 15 ildir. 

Məsələ ilə bağlı hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ömürlük məhkum 25 il cəza çəkdikdən sonra bu şərti ona tətbiq etmək olar: "Ömürlük azadlıqdan məhrum edilmiş şəxs ən tez 35 ildən sonra azadlığa çıxa bilir. Məhkum ən azı cəzasının 25 ilini çəkməlidir. Ondan sonra ömürlük azadlıqdan məhrum etmə cəza növünü 10 ildən az olmayaraq azadlıqdan məhrum etmə ilə əvəz edə bilərlər. Hesab edirəm ki, 35 il ərzində bu cəzanın məqsədinə nail olunur. Məhkum azadlığa 35 ildən tez çıxa bilməyəcək. 35 il uzun müddətdir". 

Суд - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda eyni məhkəmə qərarından şirkət də, nazirlik də narazı qaldı

Hüquqşünasın sözlərinə görə, bu dəyişiklik hər ömürlük azadlıqdan məhrum edilənə şamil edilmir: "Əgər müəyyən olunsa ki, məhkumun həmin cəzanı çəkməsinə daha lüzum yoxdur, bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətməyib, onda ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Bu, hər bir məhkuma aid edilmir".

Vəkil Adəm Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında, bu dəyişikliyi müsbət hesab etmir: "Çünki elə xüsusilə ağır cinayət törədənlər var ki, onların cəmiyyətdə islah olunması sıfra bərabərdir. Ömürlük azadlıqdan məhrum etmə xüsusilə ağır cinayətləri törətmiş şəxslərə verilir. Ən çox, qəsdən adam öldürmədə bu cəza verilir. Əksər hallarda cinayətlər ağır və xüsusilə ağır cinayətlərlə məhkum olan şəxslər tərəfindən törədilir. Ola bilər 3-5 nəfər məhkum bundan yararlansın, onlar üçün müsbət ola bilər, amma əksəriyyəti üçün deyil. Hüquqlarını müdafiə etdiyim bir ömürlük məhbusla söhbət edən zaman o, deyirdi ki, özü də daxil olmaqla ömürlük məhkum olanlar güllələnməlidirlər". 

Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məhkumlarla bağlı humanist addım

Onun sözlərinə görə, mövcud qanunvericilikdə cəzasının ən azı 25 ilini çəkmiş ömürlük məhkumun cəzasının 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilməsi var: "Amma təcrübədə çox nadir hallarda bu, tətbiq olunub. Ömürlük məhkum 25 il cəzasını çəkdikdən sonra məhkəməyə müraciət edir, amma demək olar ki, nəticəsi olmur, yəni, məhkəmə rədd edir. Məhkəmə onların ərizələrini təmin etmir".

Qeyd edək ki, Cinayət Məcəlləsinin 57.3-cü maddəsində deyilir ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Xatırladaq ki, dəyişiklik parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0