CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkumlarla bağlı humanist addım

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСледственный изолятор, фото из архива
Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ömürlük məhkumların cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz ediləcək

BAKI, 27 oktyabr — Sputnik. Cəzasının ən azı 25 ilini çəkmiş ömürlük məhkumun cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 57-ci maddəsinə (Ömürlük azadlıqdan məhrum etmə) dəyişiklik edilib.

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir əməlin cəzası yüngülləşdirildi

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif olunan variantda deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

Mövcud variantda isə deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Yəni, hazırda bu müddət 15 ildir.

Qeyd edək ki, 57.3-cü maddədə deyilir ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0