Putinin yaxın adamından Türkiyəyə mesaj: "B" planı hazırlayın, əks halda...”

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidRusiyalı analitik Aleksandr Duqin
Rusiyalı analitik Aleksandr Duqin - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Duqin: “Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar”

BAKI, 7 noyabr — Sputnik. Rusiya xarici siyasətinin memarı, prezident Vladimir Putinə ən yaxın adamlardan olan analitik Aleksandr Duqin Türkiyəyə dostanə xəbərdarlıq edib. Ruslar arasında "Putinin beyni" ləqəbi ilə tanınan Duqin, Amerikanın Türkiyə ilə bağlı yeni planları olduğunu söyləyib. 15 iyul 2016-cı il çevrilişini bir gün öncədən xəbər verdiyi üçün türklər arasında məşhurlaşan rus filosof, “Habertürk” qəzetindən olan jurnalist Nalan Koçak-a geniş müsahibə verib. Sputnik Azərbaycan olduqca maraqlı məlumatların yer aldığı həmin müsahibəni olduğu kimi təqdim edir:

— Rəsmi vəzifəniz yoxdur. Sizə necə müraciət edək? Putinin məsləhətçisi, yoxsa analitik?

— Mən öncə filosofam. Təsir etməyin ən yaxşı yolu fikirlərdir. Bu fikirlər vasitəsilə hökumətlə əlaqə qururam.

 Rusiyanın xarici siyasətinə ciddi təsiriniz olduğu deyilir. Doğrudur?

— 90-cı illərdə dediklərimlə, Putinin vəzifəyə gəlməsindən sonra etdiklərini qarşılaşdırın. Oxşarlığı görəcəksiniz. Fikirlərimi çatdırmağımın dəyişik yolları var. Putinə isə bunu şəxsən çatdırıram.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı. Sankt-Peterbuqr, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Rusiya-Türkiyə arasında Qərbi narahat edən tarixi saziş imzalandı

 Britaniyanın "İndependent" qəzeti sizin haqqınızda yazıb: "Çox ağıllı filosofdur. Ancaq dəlilik və dahilik arasında". Nə deyirsiniz?

— Başqalarından fərqli şeylər dediyiniz zaman, sizə dəli damğası vururlar. Əgər normal olmaq onların istədiyi kimi olmaqdırsa, mən dəli kimi görsənməyi seçərdim.

 Türkiyə-Qərb ittifaqı bitdimi?

— Bəli, 100%. Bu ittifaq sona çatdı. ABŞ-ın İraqı işğal etməsindən sonra Ankara yeni təhlükənin Qərb olduğunu başa düşdü. Onlar Türkiyəni öz aralarına almaq istəmirlər. Amerika separatçı kürdlərə dəstək verərək, Türkiyə dövlətinin bütövlüyünü təhdid edir. Ərdoğan sonadək Qərblə ittifaqı qorumağa çalışdı. Nəticəsi nə oldu? Çevriliş cəhdi. ABŞ din pərdəsinə bürünən Fətullah Gülən şəbəkəsindən istifadə edərək çevrilişə əl atdı. Bütün bu proseslər Ərdoğana Qərblə ittifaqın başa çatdığını göstərdi.

 "Rusiya Türkiyəni NATO-dan uzaqlaşdırıb, öz təsiri altına salmağa çalışır" deyənlər var. Sizcə də elədir?

— Putin, Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb özü Türkiyəni uzaqlaşdırır. Ərdoğanı çevrilişlə devirməyə çalışdılar.

 Niyə?

— Çünki Ərdoğan "təyyarə böhranı"ndan sonra üzr Rusiya ilə münasibətləri düzəltdi. Qərbin gözündə, bu açıq-aşkar onlara xəyanət idi.

 Yəni, Rusiya ilə yaxınlaşmağın səbəbi 15 iyuldakı çevrilişdir?

— Həm o, həm də Ərdoğanın müstəqil siyasəti. Nə qədər ki, Ərdoğan müstəqil siyasət aparacaq, o qədər Qərbin hədəfində olacaq. Əgər Türkiyə bütöv qalmaq istəyirsə, bunu Qərbin düşərgəsində edə bilməyəcək. Hər halda 15 iyulda parlamentinizi Rusiya bombalamırdı.

— Təyyarə böhranından sonra Rusiya-Türkiyə əlaqələrinin bərpasında sizin ciddi səyləriniz olduğu deyilir. Birbaşa özünüzdən eşitmək istərdik.

— Türkiyədəki siyasətçi dostum Doğu Perinçekə yaxın türk hərbçilərdən ibarət nümayəndə heyəti təyyarə vurulandan qısa müddət sonra Moskvaya gəldilər. Onlar arasında İsmail Hakkı Pekin də var idi. Türk heyət təyyarənin vurulma əmrini Ərdoğanın vermədiyini, əmri verənlərin hökumətin içindən vətənə xəyanət edən Qərb lobbisi olduğunu söylədilər. Moskvadakı türk səfir də Rusiya hökumətilə əlaqə yaratmağım üçün məndən yardım istədi. Kreml türk heyətin dediklərini araşdırdı. Daha sonra mart ayında Ankarada Ərdoğana yaxın adamlarla görüşdüm. Ərdoğanın Putinə yazdığı məktubdan sonra Türkiyəyə getdim. Məqsədim onları diqqətli olmağa çağırmaq idi. Çünki üzr məktubu olduqca cəsur və vacib addım idi. Təyyarə böhranını hazırlayanları hərəkətə keçirəcəkdi. Bunu onlara söylədim. Nəticədə çevriliş hadisəsi baş verdi.

NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan
RUSİYA
NATO-nun Rusiya-Türkiyə yaxınlaşmasına reaksiyası gecikmədi

 Ərdoğan barəsində Putini sizin razı saldığınız deyilir.

— Bəli, köməyim oldu. Çünki savaşın bir addımlığında idik. Amma prezidentimiz kənar təsirə məruz qalacaq biri deyil. Putin realist adamdır. Sübutlar varsa, dəyərləndirər.

— ABŞ Mərkəzi Kəşfiyyatının 15 iyul çevrilişinin baş tutması üçün 2 milyard dollar xərclədiyini iddia edirsiz. Bəs onda niyə uğursuz oldular?

— Çünki türk ordusunu ucuza aldılar. “Ergenekon” və “Balyoz” istintaqından sonra orduda Ərdoğana dəstək verəcək heç kəsin qalmadığını düşündülər. Amma ordudakı atatürkçülər Ərdoğanı dəstəklədi. Mərkəzi Kəşfiyyat (CIA) o gecə həm də Rusiya ilə Türkiyə arasındakı əlaqə kanallarını kəsməyə çalışdı.

 Onlar nə etdilər?

— Onlar Putindən Türkiyəyə qarşı mövqe tutmasını istədilər. Rus lideri razı salmağa çalışdılar. Ərdoğanın yerinə gələcək şəxsin ondan daha yaxşı olacağını, vətəndaş müharibəsi başlayacağını və Rusiyanın bu müharibəni öz xeyrinə istifadə edə biləcəyini söylədilər. CIA Putinin ətrafındakı güclü adamlardan istifadə edərək, prezidentin fikrinə təsir göstərməyə çalışdı. Amma Putini razı sala bilmədilər. Əgər çevriliş baş tutsaydı, bu, Türkiyənin sonu olacaqdı. Separatçı kürdlər çevrilişin nəticəsinə görə üsyan üçün hazırlaşmışdılar.

 Belə bir çevriliş yenə ola bilərmi?

— Düşünmürəm. Başqa yollardan istifadə edəcəklər. Çünki Türkiyə hökumətində yüksək vəzifələrdə ABŞ Mərkəzi Kəşfiyyatına bağlı adamlar var. Lakin təşkilatlanmaq elə də asan olmayacaq.

 Fətullah Gülən şəbəkəsinin istifadə müddətinin bitdiyini, ABŞ-ın yeni təşkilat tapacağını iddia edirsiniz. Sizcə bu nə ola bilər?

— Hesab edirəm ki, onlar bir çox amilləri bir araya gətirən strategiya yürüdəcəklər. Məsələn, etnik münaqişələr, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elitada Ərdoğan hüzursuzluğu və s. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar.

 Mayami ştatında həbs edilən və haqqında istintaq işi başladılan Rza Zərrab məsələsini də bu çərçivəyə sala bilərikmi?

— Onlar bütün iqtisadi vasitələrdən mütləq istifadə edəcəklər. Davamlı təzyiqə məruz qalacaqsınız. İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Əminəm ki, Türkiyəyə qarşı da bunu edəcəklər. İqtisadiyyatınızı xilas etmək üçün “B” planınız olmalıdır.

 Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən sui-qəsdi təyyarə böhranı hadisəsinin davamı saymaq olarmı?

— Tamamilə elədir. Təbii ki, Rusiyanın budəfəki reaksiyası fərqli idi. Təsəvvür edin ki, səfiri öldürülür, ancaq Rusiya səsini çıxarmır, heç bir şey etmir. Çünki hər şey aydın idi. Əsl hədəf səfir Karlov yox, Ərdoğan idi. CIA-nın bu qətldə əli olub-olmadığını bilmirəm, amma işin arxasında FETÖ-nün durduğu aşkardır. Artıq Rusiyanı Ərdoğan barəsində yanıltmaq asan deyil. Çünki Ərdoğana güvənirik.

Maksim Şevçenko - Sputnik Azərbaycan
RUSİYA
"Rusiya-Türkiyə ittifaqı qurulmalıdır"

 "2000-ci illərdə Türkiyə Qərbin yeganə alternativ olmadığını gördü" dediniz. Bu müddətdə “Ergenekon” və “Balyoz” əməliyyatları başladı. Fətullah Gülən şəbəkəsinin dəstəyi ilə orduda ABŞ-ın üstünlüyünü qəbul etməyənlər həbs edildi. Sizcə də belədir?

— Tamamilə razıyam.

 Hətta iddianamədə sizin də adınız var idi.

— Çünki Türkiyədə mənim də görüşdüyüm avrasiyaçı fraksiyalar hədəf alınırdı. Məqsəd Rusiya ilə münasibətləri kəsmək idi. Həmçinin İran və Çinlə də əlaqələrin ləğvi hədəflənirdi.

—  Çevriliş olan günü Ankarada idiniz. 1 gün əvvəl türk dostlarınıza "orduda hərəkətlilik var" deyərək xəbərdarlıq etmisiniz. Bu məlumatı haradan aldınız?

— Bəzi şeyləri tam açıq söyləmək doğru olmaz. Əlbəttə, işin içində Rusiya kəşfiyyatı var. Aldığım məlumatları doğru çatdırdığımı düşünürəm.

 O gün nələr yaşadınız?

— Çevriliş gecəsi Türkiyədən ayrılanda çox gec idi. Əsənboğa hava limanında Rusiya ilə mütəmadi ünsiyyətdə idim. Gözləmək çətin idi, çünki kimin qazanacağı aydın deyildi. Məni izlədiklərini bilirdim.

 Çevriliş baş tutsaydı başınıza nələr gələrdi?

— Ərdoğanla dostum Perinçekin başına nə gəlsəydi, mənim də başıma o gələrdi.

— ABŞ PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG-yə silah dəstəyi verir. Onları qoruyur. Bu məsələyə görə Ankara-Vaşinqton xətti çox gərgindir. Siz necə düşünürsüz?

— İran, Türkiyə, Rusiya, Suriya və İraq. Biz hamımız bir araya gələrək kürdləri razı sala biləcək, təklif verə bilərik. Kürd kimliyini qəbul etməli, buna laqeyd yanaşmamalıyıq. Çünki biz kürdlərə laqeyd yanaşdıqca ABŞ və İsrail onlardan istifadə edir. Kürdlər yaxşı döyüşçüdür. Onları ABŞ və İsrailin qucağına atmamalıyıq. Qərb blokunun kuklası olmasına imkan verməməliyik.

Rəşad Əzizov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Rusiya-Türkiyə barışığı bizim qələbəmizi təmin etdi"

 Necə təklif?

— Birincisi, Suriya bütöv qalmalıdır. Bütün etnik azlıqların hüquqları təmin edilməlidir. Səudiyyə Ərəbistanında düşüş başlayıb. Bütün kartlar əlimizdədir. Birlikdə ABŞ-a "elədiklərin üçün təşəkkür edirik, çıx Yaxın Şərqdən" deyə bilərik.

 Rusiya bu səbəbə görə YPG-ni Astana prosesinə çəkmək istəyir?

— Əlbəttə. Ancaq türklərin etirazını anlaya bilmirəm. Əslində, Rusiyanın kürdlərlə yaxınlığı Türkiyənin də marağındadır. Çünki Putin separatçılığa nifrət edir. Ona görə də Ərdoğanı dəstəkləyir.

Xəbər lenti
0