BAKI, 5 dek — Sputnik. "Türkiyə-Rusiya danışıqları Alyansın öhdəliklərinə zidd deyil". Sputnik xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.
Baş katib, Ankara ilə Moskva arasındakı danışıqların, Türkiyənin Alyans qarşısındakı öhdəliklərinə zidd olmadığını bildirib: "Türkiyənin, Rusiya ilə apardığı danışıqlar, Türkiyənin ittifaq içərisindəki öhdəliklərinə zidd deyil. Əksinə, Türkiyənin rus təyyarəsini vurmasından bu yana, Türkiyə ilə Rusiya arasında birbaşa dialoq qurulmasının lazım olduğunu söylədik. Heç vaxt Rusiyanın təcrid edilməsi üçün çağırışlar etmədik".