BAKI, 25 iyul — Sputnik. "S-400 raketlərinin alınmasilə əlaqədar Rusiya ilə razılıq mətni imzalandı". Sputnik xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
"Niyə S-400 raketləri gərginliyə səbəb olsun? Bir ölkə öz təhlükəsizliyilə bağlı ən ideal axtarışı etmək vəziyyətindədir" — o deyib.
Prezidentin sözlərinə görə, "Türkiyə illərdir ABŞ ilə bu cür məsələlərdə istədiyini edə bilmirsə, deməli axtarış içində olmağa məcburdur".
"Bu da həmin axtarışın bir məhsuludur. NATO da narahat olmamalıdır. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-lərdən istifadə edir. Niyə narahat olurlar?" — Ərdoğan bildirib.