BAKI, 6 sent-Sputnik. İtalyan alimləri araşdırmalar nəticəsində müəyyən ediblər ki, insan orqanizmindəki zülallardan birinin aşağı konsentrasiyası onun ömrünü uzatmağa qadirdir.
Sputnik informing-ə istinadla xəbər verir ki, onlar bu barədə İtaliyanın Pollik şəhərində keçirilən görüşdə CIAO layihəsinin iştirakçılarını məlumatlandırıblar.
Mütəxəssislər 90 yaşdan yuxarı yaşayan uzunömürlü 30 italiyalıdan qan nümunələri götürüblər. Onların hamısı Çilento regionunda Aççaroli kəndində yaşayırlar. Sonra könüllülərin qan nümunələri İsveç sakinlərindən götürülən qan nümunələri ilə müqayisə edilib.
Məlum olub ki, italiyalıların qanında zülallardan biri olan adrenomedullinin miqdarı çox azdır.
Bildirildiyinə görə, bu konsentrasiyanın az miqdarda olması uzunömürlülüyə, özünü gümrah və rifahı yüksək adamlar kimi hiss etməyə imkan verir.
«Az miqdarda adrenomedullin endoteliya damarlarının, həmçinin kapillyarların vəziyyətinin yaxşılaşmasına və digər xırda damarların işinə müsbət təsir göstərir. Bu zülala malik orqanizmi olan adamların əzələləri qanla yaxşı təchiz olunur." — deyə Romadakı La-Sapientsa universitetinin əməkdaşı Salvatore di Somma bildirib.
Əlavə edək ki, hazırda alimlər nə üçün İtaliyada yaşayan uzunömürlülərin qanında adrenomedullinin bu qədər az olduğu barədə sualı cavablandıra bilməyiblər. Ehtimala görə, bu, yerli pəhrizin xüsusiyyətləri ilə əlaqədar ola bilər.