Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Beşiktaş" prezidenti: "Kaş Azərbaycanda oynayaydıq..."

© Photo : KralsporFikret Orman
Fikret Orman - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Orman: "Məqsədimiz odur ki, Avropada gözəgəlimli futbol oynayan, uğur qazanan "Beşiktaş"ı dünyaya yaxından tanıdaq"

BAKI, 1 noyabr — Sputnik. "Beşiktaş" futbol klubunun prezidenti Fikrət Orman jurnalistlərə maraqlı açıqlamalar verib. Sputnik Azərbaycan-ın "Milliyet"-ə istinadən verdiyi xəbərə görə, komandanı dünya markasına çevirmək istədiklərini deyən Orman, Avropa klublarının hansı yolla bu işi bacardıqlarını izah edib.

Радость Мишеля - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"dan ikinci sensasiya: Bu dəfə İspaniyada

"İspaniyada Barselona şəhəri və orada eyni adlı klub var. Əgər həmin klubu oradan çıxarsanız, həmin şəhərin heç bir məşhurluğu qalmaz. Barselona şəhərinin 100 illik keçmişi var. Bizim klubun isə 115 illik. Şəhərdən daha yaşlıyıq. Bu gün Barselona şəhərini hər il orta hesabla 28 milyon turist ziyarət edir. Bu şəhəri marka edən "Barselona" futbol klubudur. Çünki dünyaya açılıblar" — Orman bildirib.

"Ən uzaq ölkələrə reklam üçün futbol oynamağa gedirlər. Həm çox yaxşı pul qazanırlar, həm də getdikləri ölkələrin insanlarında özlərinə qarşı maraq yaradırlar. Eynilə də "Mançester Yunayted". Dünya üzrə 650 milyon azarkeşi var. Amma Mançester şəhərinin özündə 300-400 min tərəfdar tapa bilməzsiniz" — o, əlavə edib.

Fikrət Orman fikrinə belə davam edib: "İndi bizim məqsədimiz odur ki, Avropada gözəgəlimli futbol oynayan, uğur qazanan "Beşiktaş"ımızı dünyaya yaxından tanıdaq. Bunun üçün ciddi addımlar atmağa çalışırıq. Bizimlə əlaqəsi olmayan yaxın və uzaq ölkələrə səyahət edərək dostluq matçları oynayacağıq. Hədəfimizdə Çin, Azərbaycan, Qazaxıstan, Maleziya, İndoneziya, İraq, İran, Ərəb yarımadası və Şimali Afrikadır".

"Sezonsonu sadaladığım bölgələrə gedəcəyik. Təkcə dostluq matçları, təlim məşqlər kifayət etməz. Məsələn, deyirəm ki, kaş Konyaspor ilə oynadığımız Super Kubok matçı Azərbaycanda keçiriləydi. Bu, həm ciddi reklam deməkdir, həm də komandalarımızın tanınması. Yaxud da "Qalatasaray" və "Beşiktaş" Çində, Qazaxıstanda görüşsünlər" — klub prezidenti vurğulayıb.

Xəbər lenti
0