Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycana valyuta axını başlayacaq

© Official website of President of Azerbaijan RepublicТоржественная церемония по случаю открытия железнодорожного маршрута Баку-Тбилиси-Карс
Торжественная церемония по случаю открытия железнодорожного маршрута Баку-Тбилиси-Карс - Sputnik Azərbaycan
Abunə olmaq
BTQ hər üç ölkədə yeni iş yerlərinin yaradılmasına səbəb olacaq

BAKI, 31 oktyabr — Sputnik. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakını dünya mediasının gündəminə çevirdi. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib

BTQ dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tiflisdə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

BTQ dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan BTQ dəmir yolu böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa təkan vermək gücündədir.

Bu dəmiryolu xətti, bütövlükdə bütün regionun iqtisadi inkişafına böyük dəstək olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında sərnişin və yükdaşımalarını asanlaşdıracaq. Bu xətt üzrə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulur. Layihə hər üç ölkədə — Azərbaycan, Gürcüstan və Türkiyədə yeni iş yerlərinin yaradılmasına və kiçik ticarətin inkişafına səbəb olacaq.

Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı

BTQ-nin siyasi amili da olduqca yüksəkdir. Bu layihə ilə region ölkələri bir-birinə daha sıx bağlanacaq, xüsusilə Azərbaycan-Gürcüstan-Türkiyə regional ittifaqı güclənəcək. Lakin bu layihə təkcə üç ölkə ilə yekunlaşmır. Dəmir yolu xəttinə Mərkəzi Asiyadan Qazaxstan, Türkmənistan kimi ölkələrin də qoşulması ehtimalı böyükdür. Həmçinin, İran gələcəkdə bu xətdən istifadə edə bilər. Bu isə, Avropa və Asiyanı birləşdirən coğrafiyada böyük siyasi birliyin formalaşması deməkdir.

BTQ-nin işə salınmasında Azərbaycanın tək coğrafi mövqeyi yox, həm də rəsmi Bakının siyasi iradəsi böyük rol oynadı. Azərbaycanın bu layihədən əldə edəcəyi iqtisadi və siyasi dividendlər böyükdür, xüsusilə bu, gələcəyə yatırılmış investisiya hesab oluna bilər.

Azərbaycan ilk illərdə tranzitdən 50 milyon dollar gəlir əldə edəcək. Azərbaycan neft məhsullarını Türkiyə, Avropa ölkələrinə, eləcə də digər bölgələrə məhz bu dəmiryolu vasitəsilə ixrac edəcək və bu marşrut xərclərinin minimuma endirilməsi deməkdir.

Bu layihə ölkəyə valyuta gəlirini artırmaqla yanaşı, məşğulluğun da artırılmasına da töhfə verəcək. Bununla yanaşı, İranın və Mərkəzi Asiya ölkələrinin xəttə qoşulması ilə Azərbaycanın gəlirləri artıracaq.

Azərbaycanın iqtisadi gəlirlərinin zamanla daha da yüksələcəyi şübhəsizdir. Bakı BTQ-nin reallaşması ilə ilk növbədə Ermənistanı regionda bir daha təcrid vəziyyətinə salmış olur. Ermənistan üzərindən keçən və hələ də bağlı olan Qars-Gömrü-Tbilisi xətti isə istifadəsiz qaldığı üçün Ermənistanın vəziyyəti ağırlaşacaq.

Bu layihə ilə Azərbaycanın regional gücü artır. Belə ki, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında quru yolu üzərində Azərbaycan əsas faktor olacaq. Eləcə də "Böyük İpək Yolu" layihəsinin həyata keçməsi ilə Çindən Avropaya qədər olan marşrut xəttində əsas paya sahib olacaq. Belə demək mümkünsə, Uzaq Şərq ilə Avropa arasında paylayıcı rol oynamaqla ölkəmizin siyasi əhəmiyyəti Avropa və Avrasiyada daha da yüksələcək.

BTQ Türkiyə, Gürcüstan və Azərbaycanın bölgədə mövqeyini möhkəmləndirir. Bu layihədən kənarda qalan İrəvan son nəticədə Qarabağ münaqişəsinin tənzimlənməsində güzəştlərə vadar olacaq. Bütün regional layihələr Ermənistanın iştirakı olmadan həyata keçirilir. Qarabağ problemi İrəvan üçün daha ciddi başağrısına çevrilməkdədir…

Xəbər lenti
0