Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı

© Sputnik / Murad OrujovЖелезная дорога, фото из архива
Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlk yük qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınıb

BAKI, 30 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, dövlət və hökumət başçılarının çıxışlarından sonra, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov külünglə dəmir yoluna son mıxları vuraraq, Qazaxıstandan gələn 32 konteynerdən ibarət ilk yük qatarını yola salıblar.

Xəbər lenti
0