Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan böyük uduş əldə etdi

© Photo : ADY mətbuat mərkəziBakı-Tbilisi - Qars dəmir yolu
Bakı-Tbilisi - Qars dəmir yolu - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı-Tbilisi-Qars Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini gücləndirir"

BAKI, 30 oktyabr — Sputnik. "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ən vacib məqamı iqtisadi və strateji tərəfləridir və ilk olaraq bu, Avropa ilə Asiyanı dəmir yolu xətti ilə birləşdirən layihədir. Artıq Çindən çıxan bir qatar Londona qədər fasiləsiz gedə biləcək". Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola salındı

Onun sözlərinə görə, BTQ İranın və Rusiyanın Şərq və Qərb arasındakı yükdaşımalarına da alternativdir: "Amma eyni zamanda, bu, Rusiya və İran üçün böyük imkanlar açır. Rusiya və İran öz dəmiryol şəbəkələrini Azərbaycan üzərindən Şimal-Cənub Nəqliyyatı Dəhlizi çərçivəsində birləşdirir. Şimal-Cənub Nəqliyyatı Dəhlizinin Şərq-Qərb Nəqliyyat Dəhlizinə, yəni, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyası üçün böyük perspektiv var. Yəni, gələcəkdə bu layihədən Rusiya və İran da istifadə edə bilər".

Ekspertin qənaətincə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Türkiyə və Gürcüstan üçün yükdaşımalar baxımından tranzit gəlirləri təmin edəcək: "Eyni zamanda, Azərbaycan üçün Avropaya sürətli və təhlükəsiz yol ilə yükdaşımaları təmin etmək baxımından əhəmiyyətlidir. Çindən Avropaya gedən bir sıra yüklər Trans-Sibir dəmir yolu xəttinin, bəziləri isə İranın üzərindən gedir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eyni zamanda, Çin və digər Orta Asiya ölkələri üçün də ucuz bir dəhliz təqdim edir".

"Bundan başqa, bu layihə Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyatlarının inteqrasiyasını daha da dərinləşdirəcək. İndiyədək bu 3 ölkənin iqtisadiyyatı Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə bir-birilərinə birləşib. Bundan sonra dəmir yolu şəbəkələrimiz də birləşir və inteqrasiya sürətlənəcək" — E. Bağırzadə vurğulayıb.

Onun fikrincə, ən vacib məqamlardan biri odur ki, bu dəmir yolu xəttinin çəkilməsi artıq Ermənistanın Cənubi Qafqazda tamamilə təcrid edilməsini və onların bir növ Cənubi Qafqazda marjinal vəziyyətə gəlib düşməsini təmin edir: "Artıq Ermənistan nəinki enerji dəhlizlərindən kənarda qaldı, eyni zamanda, dəmir yolu yükdaşımalarından kənarda qalmış vəziyyətdədir. Bundan əlavə, Ermənistan müharibədən sonra çalışırdı ki, Naxçıvanın iqtisadi təcridini həyata keçirsin. Hazırda Bakı ilə Naxçıvan arasında əlaqələrdə müəyyən problemlər var, çünki biz İran üzərindən və digər yollar ilə əlaqə saxlayırıq".

İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan Prezidenti: "Bəziləri bunu bacaracağımıza inanmırdılar"

"Artıq Bakı ilə Qars birləşəndən sonra Türkiyənin başqa bir layihəsi də gündəmdədir — Qars-İğdır-Naxçıvan xətti. Bu, qısa bir dəmir yolu xəttidir. Bu layihə də başa çatdıqdan sonra Naxçıvan Qars vasitəsilə birbaşa Bakı ilə əlaqə saxlaya biləcək. Həm də Avropa ilə fasiləsiz yükdaşımaları təmin edə biləcək. Yəni, bu, eyni zamanda, Naxçıvanın gələcəkdə hazırki iqtisadi təcridini ciddi şəkildə aradan qaldırmağa xidmət edir. Bütün bunlar Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini gücləndirir, eyni zamanda bu, Azərbaycan üçün çox ciddi gəlir deməkdir" — mütəxəssis əlavə edib.

UNEC eksperti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ortaya çıxmasının tarixinə qısaca nəzər salıb: "1993-cü ildə Türkiyə Ermənistanla sərhədlərini bağladıqdan sonra, Türkiyənin Cənubi Qafqaz və Orta Asiya ilə dəmir yolu əlaqəsi də qırıldı. Çünki Sovet dövründə Türkiyənin bu dəmir yolu xətti Ermənistan üzərindən keçirdi. Belə olan halda, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Türkiyə üzərindən Avropa ilə əlaqəsində dəmir yolu xətti baxımından müəyyən məhdudiyyətlər yarandı".

Müsahibimizin sözlərinı görə, 2007-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları bu layihəni ortaya atdılar: "İlkin vaxtlarda Qərb ölkələri bu layihənin maliyyələşdirilməsindən uzaq dayandı və belə bir arqument irəli sürdülər ki, bu layihə Ermənistanı təcrid edir. Ona görə də bu layihənin maliyyələşdirilməsində iştirak etmədilər. Amma çox yaxşı haldır ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları bu layihəni dəstəklədilər və öz imkanlarımız ilə bu layihəni reallaşdırdıq".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov da Sputnik Azərbaycan-a açıqlamasında, ümumiyyətlə, Azərbaycanın transregional iqtisadi layihələrdə fəal iştirak edən ölkələrdən sayıldığını deyib: "Bu layihələrin Azərbaycana birbaşa səmərəsi mövcuddur və indiyədək bütün layihələr Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir. Bu layihələr dinamik olaraq artır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, birbaşa Azərbaycanın beynəlxalq nəqliyyat sisteminə qoşulması Şərq-Qərb arasında körpü rolunu oynayan ölkəmiz üçün əlavə dividentlər gətirəcək".

"Bu, İpək Yolunun bərpasında, işə salınmasında əlavə müsbət təsir göstərən layihələrdən biri kimi səciyyələnir. Bundan başqa, Qərbi Avropa ölkələri, Mərkəzi Asiya və Çin arasında körpü rolu oynayan bu dəmir yolu bunların da iqtisadiyyatına gəlirlər gətirəcək" — Bərxudarov bildirib.

Xəbər lenti
0