Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda məhbusların qaçmasına dair şok iddia - cinayət işi açıldı

CC BY 2.0 / Fairy Duff / View behind the trainQatar vaqonunun pəncərəsi, arxiv şəkli
Qatar vaqonunun pəncərəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qatardan qaçan məhbusların dəhşətə salan keçmişləri

BAKI, 24 oktyabr — Sputnik. Baş Prokurorluq iki məhbusun — 1980-cı il təvəllüdlü Hacıqabul rayon sakini Məmmədov Etibar Ələkbər oğlu və 1983-cü il təvəllüdlü, kriminal aləmdə "Abdulla" ləqəbi ilə məşhur olan, Şirvan sakini Ağami Əli Rasim oğlunun qaçmasına imkan verdiyinə görə Ədliyyə Nazirliyi yanında Penitesiar Xidmətin əməkdaşlarına qarşı cinayət işinin açıldığına dair xəbər yayıb. Bu barədə Sputnik Azərbaycan-a AR-nın Baş Prokurorluğundan məlumat verilib.

Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda qaçan məhbuslarla bağlı ilginc faktlar üzə çıxdı

Məlumata görə, Penitensiar Xidmətin üç əməkdaşı saxlanılıb. Bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb ediliblər. Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır. Hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə hazırda dindirilir. Report xəbər verib ki, saxlanılan şəxslərin barəsində bu gün həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış. İlkin versiyada deyilirdi ki, onlar Lənkəran rayonundan Bakıya etap olunarkən qatardan tullanıblar. Cinayətkarlar konvoyun yatmasından istifadə edərək qaçıblar.

Hər iki məhbus 2015-ci ilin noyabrında Şirvan rayonunda ikiqat qətl törətməkdə günahlandırılır. Həmin ilin 5 noyabrında Şirvan şəhərindəki Ələkbərov küçəsində yerləşən kafedə, 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüqdlü Sarıbalayev Zaur Vəfadar oğlu Makarov tapançasından açılan atəş nəticəsində qətlə yetiriliblər.

Tapança ilə silahlanmış gənclər kafeyə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı pul vəsaitlərini müzakirə etmək üçün gəliblər. Danışıqlarda razılaşmayan Nəciyev tapança ilə Sarıbalayevi sinəsindən vurub. Kişi hadisə yerindəcə ölüb. Bunu görən Ağami Makarov markalı tapança ilə Nəciyevi yaralayıb. Nəciyev Şirvan xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə yerindən qaçan Ağami və Məmmədov fakt üzrə günahlandırılan şəxslər kimi saxlanılıblar.

Наручники, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Məhbusların qaçışı böyük kriminal hesablaşmanı gündəmə gətirdi - Təfərrüat

Qeyd edək ki, E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Xatırladaq ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan, oğru dünyasında nüfuz sahibi Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Əli Ağaminin qardaşı Zaur Ağami də bir müddət təqib olunub.

Bununla belə, o da məlum olub ki, Məmmədov və Ağami xüsusi təhlükəli cinayətkarlardır. Penitensiar Xidmətin adının çəkilməsini istəməyən əməkdaşları bildiriblər ki, Məmmədov və Ağamini məhbuslar üçün xüsusiləşmiş vaqonda gətirirlərmiş.

© Photo : Facebook / Etibar QocaEtibar Məmmədov
Etibar Məmmədov - Sputnik Azərbaycan
Etibar Məmmədov

Məlum olub ki, Məmmədov üçün adam öldürmək tarakan əzmək kimi bir şeydir. Onun ilk dəfə adam öldürməsi və həbsdən qaçışı 90-cı illərin ortalarında Bakı uşaq koloniyasından olub. Onda o, nəzarətçini boğaraq qaçıb. Lakin tezliklə Məmmədov tutulub və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülüb. Məmmədov cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Penitensiar xidmətin əməkdaşlarının sözlərinə görə, məhbusların daşındığı həmin xüsusi vaqonlardan qaçmaq mümkün deyil. "Respublikada sadəcə 1 belə vaqon var. Bu, vaqon-həbsxanadır. O, dəmir barmaqlıqlar, müşahidə kameraları və siqnalizasiya ilə təchiz edilib. Orada hətta pəncərədən də qaçmaq mümkün deyil. Sadəcə qaçmaq üçün bir imkan var ki, o da bir nəqliyyat vasitəsindən digərinə köçürülmə zamanı mümkündür. Lakin bu vəziyyətdə də hər yerdə avtomatlı hərbçilər və itlər olur. Əlbəttə, istintaq qaçışın hansı şəraitdə baş tutduğunu müəyyən edəcək".

Ehtimal olunur ki, kimlərsə məhbuslaın qaçmasına şərait yaradıb. Çünki həmin vaqondan qaçış, sadəcə qeyri-mümkündür.

O da məlumdur ki, sözügedən məhbuslar artıq 8 dəfə məhkəmə prosesinə etap ediliblər və geri qaytarılıblar. Bu müddətdə onlar qaçış planını hazırlayıblar.

Eyni zamanda, bütün polis qüvvələri təhlükəli məhbusların axtarışı ilə məşğuldur. Sputnik Azərbaycan-la söhbətində hüquq mühafizəçiləri istisna etmirlər ki, ola bilsin, qaçmış məhbuslar artıq Azərbaycan sərhədlərini balıqçıların köməyi ilə tərk ediblər.

"Hələlik cinayətkarların olduğu yer barədə məlumat yoxdur. Bütün hüquq-mühafizə strukturlarına qaçmış məhbuslarla bağlı xəbərdarlıq edilib" – deyə daxili işlər orqanlarından bildirilib.

Ehtimal ki, məhbuslar uzunmüddətli cəza və ya ömürlük cəza alacaqlarından qorxaraq qaçmaq qərarına gəliblər. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0