Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məhbusların qaçışı böyük kriminal hesablaşmanı gündəmə gətirdi - Təfərrüat

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçan məhbuslar həm narkotik tacirləridir, həm də iki il əvvəl Şirvandakı kafedə silahlı insident nəticəsində iki nəfərin öldürülməsində günahlandırılırlar

BAKI, 23 oktyabr — Sputnik. Bakıda qaçmış təhlükəli məhbusların axtarışı davam edir. Bunu Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, məhbusların qaçışı oktyabrın 23-də səhər tezdən Biləcəri dəmiryolu stansiyasında baş verib. Qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Hacıqabul rayon sakini Məmmədov Etibar Ələkbər oğlu və 1983-cü il təvəllüdlü, kriminal aləmdə Abdulla ləqəbi ilə məşhur olan Şirvan sakini Ağami Əli Rasim oğludur. Onlar Lənkəran rayonundan Bakıya etap olunarkən qatardan tullanıblar. Cinayətkarlar konvoyun yatmasından istifadə edərək qaçıblar.

Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda qaçan məhbuslarla bağlı ilginc faktlar üzə çıxdı

Əldə etdiyimiz məlumata görə, Ağami və Məmmədov ağır cinayətlər üzrə Lənkəranda keçirilən məhkəmə prosesindən sonra Bakıdakı istintaq təcridxanasına qaytarılırmışlar. Hər iki məhbus 2015-ci ilin noyabrında Şirvan rayonunda ikiqat qətl törətməkdə günahlandırılır. Həmin ilin 5 noyabrında Şirvan şəhərindəki Ələkbərov küçəsində yerləşən kafedə, 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüqdlü Sarıbalayev Zaur Vəfadar oğlu Makarov tapançasından açılan atəş nəticəsində qətlə yetiriliblər.

Tapança ilə silahlanmış gənclər kafeyə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı pul vəsaitlərini müzakirə etmək üçün gəliblər. Danışıqlarda razılaşmayan Nəciyev tapança ilə Sarıbalayevi sinəsindən vurub. Kişi hadisə yerindəcə ölüb. Bunu görən Ağami Makarov markalı tapança ilə Nəciyevi yaralayıb. Nəciyev Şirvan xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə yerindən qaçan Ağami və Məmmədov fakt üzrə günahlandırılan şəxslər kimi saxlanılıblar.

Qeyd edək ki, E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Xatırladaq ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan, oğru dünyasında nüfuz sahibi Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Əli Ağaminin qardaşı Zaur Ağami də bir müddət təqib olunub.

Hazırda qaçan məhbusların axtarışı davam edir.

Xəbər lenti
0