Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ukraynalılardan Azərbaycana arxadan zərbə: Rusiyanın acığını çıxırlar?

Abunə olmaq
Azərbaycan Rusiya əleyhinə təklifin əleyhinə səs vermişdi

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Ayrı-ayrı problemli məqamlara dair kiçik anlaşılmazlıqlar Azərbaycan-Ukrayna tərəfdaşlığı ilə bağlı getdikcə yüksələn tendensiyanı dayandıra bilməyəcək. Bunu Sputnik Azərbaycan-a müsahibəsində ukraynalı politoloq, siyasi elmlər namizədi, Milli Strateji Tədqiqatlar İnstitutunun məsləhətçisi Aleksey Poltorakov bildirib.

Oktybarın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycan əleyhinə qətnamə qəbul olunarkən, ukraynalı deputatlar Borislav Beryoza, Yuliya Levoçkina, Sergey Sobolev, Olena Sotnik və Leonid Yemets rəsmi Bakının əleyhinə səs veriblər.

Poltorakovun sözlərinə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı kiçik bir qrup ukraynalı deputatın AŞPA-dakı tənqidi münasibətinə dərhal bir neçə səbəbdən – Ukraynadaxili və beynəlxalq səbəblərdən, ikitərəfli Ukrayna-Azərbaycan münasibətləri kontekstindən qiymət verməyə dəyməz.

"Hər şeydən öncə, ona diqqət yetirmək lazımdır ki, sözügedən deputat qrupu ölkənin siyasi mövqeyini təmsil etmir" – deyə o, əlavə edib.

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, burada söhbət, sadəcə Ukraynanın xarici siyasətinə və diplomatiyasına təsiri olmayan, əsasən müxalif siyasi qüvvələri təmsil edən 5 ukraynalı deputatın mövqelərinin üst-üstə düşməsindən gedə bilər. Onun sözlərinə görə, Kiyevin mərkəzindəki hadisələr göstərir ki, Ukraynada faktiki olaraq seçki kampaniyası başlayıb və bu dövrdə siyasi müstəvidə insan haqları mövzusu əsas yerlərdən birini tutacaq.

İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Azərbaycan - Ukrayna əlaqələri müzakirə olunub

Poltorakov, həmçinin xatırladıb ki, bir neçə il əvvəl Azərbaycan Rusiyanı AŞPA-da səsvermə və təşkilatın rəhbər orqanlarında təmsil olunmaq hüququndan məhrum edən düzəlişin əleyhinə səs verib: "Bu baxımdan Ukrayna qrupunun mövqeyi Azərbaycanın səs verməsinə özünəməxsus cavab saymaq olar".

Ekspert Çexiya prezidenti Zemanın bu yaxınlarda AŞPA deputatları ilə görüşdə Krım barədə təxribatçı bəyanatını da xatırladıb. Demokratiya nümunəsi olmağa çalışan Avropa ölkəsinin prezidentinin bu addımının fonunda, ukraynalı ikinci dərəcəli parlamentarilərin bir az qəribə birmənalı olmayan mövqeyi elə də əhəmiyyətli görünmür.

Məmsöhbətimizin dediyinə görə, Ukrayna və Azərbaycanın həlledici beynəlxalq məsələlərə dair geostrateji mövqelərindəki prinsipial uyğunluq şübhə altına alınmır: "Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüyüni qarşılıqlı surətdə tanıyır və hörmət edir, GUAM və digər çoxtərəfli strukturlarda geosiyasi və geoiqtisadi tərəfdaşdırlar".

Ekspertin sözlərinə görə, Azərbaycana sonuncu səfəri zamanı Ukrayna preizdenti Pyotr Poroşenko növbəti dəfə Azərbaycanın Ukraynanın vacib strateji tərəfdaşı olması barədə prinsipial mövqeyini təsdiq edib: "Bu mövqe artıq bir neçə onillikdir ki, yəni, dövlətlərimiz müstəqillik qazanan vaxtdan və qarşılıqlı tanınmadan sonra dəyişmir".

"Ukrayna-Azərbaycan tərəfdaşlığının yüksələn xəttini ayrı-ayrı problemli məqamlardakı kifayət qədər qeyri-ciddi "anlaşılmazlıqlar" zədələyə bilməz" — Poltorakov yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 11-də AŞPA Stefan Şennak və Sezar Preda tərəfindən hazırlanmış "Azərbaycanda demokratik institutların vəziyyəti" adlı 14403 saylı qətnamə qəbul edilib. Onun lehinə 117, əleyhinə isə 18 nəfər səs verib. Belə ki, Assambleya hesab edir ki, Azərbaycandakı hüquq-məhkəmə sistemi "həqiqi mənada müstəqil, qərəzsiz və icra hakimiyyətinin təsirindən azad olmalıdır".

Дворец Европы в Страсбурге, где проходят заседания ПАСЕ - Sputnik Azərbaycan
TƏHLİL
"AŞPA-nın Azərbaycana qarşı qətnəmalərinin 3 səbəbi var"

Təşkilat Azərbaycan prezidentinin penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi barədə sərəncamını və onun dövlət orqanlarına bütün bunları mümkün qədər tez həyata keçirmək çağırışını alqışlayıb. 2016-1017-ci illərdə "siyasi vicdan məhbuslarının" azad olunmasını alqışlayan AŞPA, "söz azadlığının məhdudlaşdırılması üçün cinayət qanunvericiliyinin seçimli tətbiqi" ilə bağlı narahatlığını bildirib.

Qətnamə ölkə hakimiyyətini tez bir zamanda AİHM-in qərarlarının icrasını təmin etməyə, parlamentin icra orqanları üzərində nəzarətini gücləndirməyə çağırıb. AŞPA həmçinin Azərbaycanı "hüqüq sisteminin tam müstəqilliyini təmin etmək, QHT və KİV-in fəaliyyəti üçün əlverişli mühit yaratmaq məqsədilə məhkəmə sistemində və prokurorluq orqanlarında islahatları davam etdirməyə çağırıb".

Həmçinin, Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan haqlarına riayət olunması sahəsində atılacaq növbəti addımların vəziyyəti" hesabatı üzrə 14397 saylı qətnamə qəbul edilib. Müzakirələr nəticəsində hesabata əlavə və dəyişikliklər edilib. Hesabatın lehinə 114, əleyhinə 24 nəfər səs verib.

Xatırladaq ki, AŞPA qətnamələri sırf tövsiyyə xarakteri daşıyır. Azərbaycan hökuməti bu qətnamələri siyasi yönümlü, subyektiv, müasir təsəvvürlərdən uzaq, Avropada siyasi azadlıqların simvolu olan bəzi fundamental dəyərlərin yenidən qiymətləndirilməsi ilə ortaya çıxan sənədlər hesab edir.

Xəbər lenti
0