BAKI, 19 oktyabr — Sputnik. Prezident İlham Əliyev bu gün Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş edib.