Naxçıvan Konstitusiyasında dəyişikliklər edilib

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib

BAKI, 20 oktyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında aşağıdakı dəyişikliklər təsdiq edilib:

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Bu gün banklar və çirkli pullar məsələsinə baxılacaq

8-ci maddə aşağıdakı redaksiyada verilib: "Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər".

8-ci maddənin mövcud variantında isə göstərilir ki, Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Digər dəyişikliyə əsasən, 15-ci maddənin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilib.

Təklif olunan variantda deyilir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

Mövcud variantda isə deyilir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, yaşı 25-dən aşğı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

Digər dəyişikliyə görə, 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və həmin bəndə aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə olunub: "6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.".

Təklif olunan variantda deyilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir: 6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda; 7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Digər dəyişikliyə görə, 29-cu maddənin II hissəsindən "Yaşı otuzdan aşağı olmayan," sözləri çıxarılıb. Təklif olunan variantda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Naxçıvan şəhəri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Naxçıvan əhalisinin gəlirləri artıb

Mövcud variantda isə deyilir ki, yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Digər dəyişikliyə əsasən, 41-ci maddənin mətni aşağıdakı redaksiyada verilib: "Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.".

41-ci maddənin mövcud variantda isə deyilir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan respublikasının vətəndaşı təyin edilir. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan respublikasının vətəndaşı təyin edilir.

Digər dəyişikliyə görə, 43-cü maddənin III hissəsində "Azərbaycan Respublikasının Konstitusiyası" sözləri "Konstitusiya" sözü ilə əvəz edilib. Təklif olunan variantda deyilir ki, məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi adlı mövcud 43-cü maddədə isə bildirilir ki, məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilmiş bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədardır.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0