CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan əhalisinin gəlirləri artıb

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb

BAKI, 17 avqust — Sputnik. Naxçıvan Muxtar Respublikası əhalisinin gəlirləri artıb.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat olub. Eyni zamanda əhalinin hər bir nəfərə düşən gəlirinin məbləği də 0,2 faiz artaraq 2245,6 manat təşkil edib.

Xəbər lenti
0