Bu gün banklar və çirkli pullar məsələsinə baxılacaq

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin plenar iclasının gündəliyinə 20 məsələ daxil edilib

BAKI, 20 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasının plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib.

İlk olaraq "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinə baxılacaq.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli Məclisdə ciddi narazılıq: böyük problem yaşanır

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" Anlaşma Memorandumu təsdiq ediləcək.

"Banklar haqqında", "Poçt haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Azərbaycan Respublikasının "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Mədəniyyət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda həmçinin, Ticarət Gəmiçiliyi, Miqrasiya, Cinayət, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0