BAKI, 17 oktyabr — Sputnik. 2018-ci il dünya çempionatının futbol üzrə Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.
Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:
Şimali İrlandiya — İsveçrə
Xorvatiya — Yunanıstan
Danimarka — İrlandiya
İsveç — İtaliya
İlk oyunlar 9 — 11 noyabrda, cavab görüşləri 12 — 14 noyabrda keçiriləcək. Şimali İrlandiya qrup mərhələsində Azərbaycanın rəqibi olub və rəqiblərindən yalnız Almaniyanı keçə bilməyib.
İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:
Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay
Şimali Amerika: Kosta Rika, Meksika, Panama
Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya
Afrika: Nigeriya, Misir
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.