BAKI, 17 oktyabr — Sputnik. Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək.
"Report"un məlumatına görə, 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq.
İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.
İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq.
17 oktyabr
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
E qrupu
"Spartak" (Moskva, Rusiya) — "Sevilya" (İspaniya)
"Maribor" (Sloveniya) — "Liverpul" (İngiltərə)
Xal durumu: "Sevilya" — 4, "Liverpul" — 2, "Spartak" — 2, "Maribor" — 1.
F qrupu
"Mançester Siti" (İngiltərə) — "Napoli" (İtaliya)
"Feyenoord" (Hollandiya) — "Şaxtyor" (Ukrayna)
Xal durumu: "Mançester Siti" — 6, "Şaxtyor" — 3, "Napoli" — 3, "Feyenoord" — 0.
G qrupu
"Monako" (Fransa) — "Beşiktaş" (Türkiyə)
"Leyptsiq" (Almaniya) — "Portu" (Portuqaliya)
Xal durumu: "Beşiktaş" — 6, "Portu" — 3, "Monako" — 1, "Leyptsiq" — 1.
H qrupu
"Real Madrid" (İspaniya) — "Tottenhem" (İngiltərə)
APOEL (Kipr) — "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Real Madrid" — 6, "Tottenhem" — 6, "Borussiya" — 0, APOEL — 0.
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.