CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibillikdə eşələnənlər üçün şad xəbər: milyonçu olmaq şansınız var

CC0 / MatthewGollop / bottlePlastik butılkalar
Plastik butılkalar - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə plastik butulkaları yığacaq aparatlar gətirilir, onları təkrar emal edəcək zavod tikilir

BAKI, 17 oktyabr — Sputnik. Bakıda boş plastik butulkaları təhvil vermək üçün "fandomatlar" qoyulacaq. Bu barədə Sputnik Azərbaycan-a Ecobox özəl şirkətinin baş direktorunun müavini Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, ilk test aparatları Bakıya oktyabrın sonlarında gətiriləcək. İlin sonunda isə Azərbaycana daha min ədəd həmin avtomatdan gətiriləcək.

Onları ictimai yerlərdə — böyük ticarət obyektlərində, Nizami küçəsində, dənizkənarı bulvarda, vağzallarda, metroda və adamların daha çox qələbəlik olduğu yerlərdə quraşdıracaqlar. Odur ki, şəhər əhalisi boş butulkaları zibil yeşiklərinə deyil, avtomata atacaqlar. Əvəzində pula ekvivalent olan qəbz alacaqlar. 

Мусорные баки на одном из дворов в Баку, фото из архива - Sputnik Azərbaycan
Bakıda zibilliklər və tullantılar problemi müzakirəyə çıxarılacaq

"1000-1200 aparatın quraşdırılması planlaşdırılır. Bu artıq təsdiqlənib. Şirkət fəaliyyət göstərir və boş qabları toplayacaq. Bizim vətəndaşlara verəcəyimiz pula gəlincə, bu, hələ məlum deyil. Bu, paytaxtda ilk pilot aparatların quraşdırılmasından sonra bəlli olacaq" — deyə şirkətin nümayəndəsi bildirib.

Artıq məlumdur ki, adamlar aparata boş butulkaları buraxandan sonra aparat onlara qəbz verəcək. Həmin qəbzlə mağazalara gedib mobil telefona balans yükləmək, yaxud da ehtiyac duyulan başqa şeyləri almaq olar.

Ağayev deyir ki, sözügedən aparatlar Almaniyadan alınıb və onların qiyməti 12-25 min avrodur. Bununla yanaşı, Bakıda Qafqazın ən böyük plastik butulkaların təkrar emalı zavodu tikilir.

Aparatların kifayət qədər baha başa gəldiyini hesaba alsaq, onda elə güman etmək olar ki, ondan əldə edilən gəlirlər də çox olacaq. Lakin şirkətin nümayəndəsi bildirir ki, onların layihəsinin reallaşdırılmasında hər hansı kommersiya məqsədi güdülmür: "Doğrusu, biz gördüyümüz işin müqabilində əldə edəcəyimiz vəsaitlər barədə düşünməmişik. Bizim əsas məqsədimiz şəhərin təmizliyini, ekologiyasını qorumaq və yeni iş yerləri açmaqdır. Misal üçün, 350 iş yeri açılacaq. Bu, avronun qarşılığının dövlətə verilməsi deməkdir və insanlar bundan pul qazanacaqlar".

Ağayev, həmçinin əlavə edib ki, bu, dövlət tərəfindən təsdiqlənmiş özəl layihədir. Dövlət əhalinin mənafeyinə xidmət edən layihələrin reallaşdırılmasında maraqlıdır. Bu layihənin reallaşdırılmasına 50 milyon avrodan artıq vəsait xərclənib. 

Мероприятие, посвященное борьбе со стихийными свалками в Баку - Sputnik Azərbaycan
Nazirlik rəsmisi: “Regionlarda zibilxananlar sanitar normalara cavab vermir”

Bununla yanaşı, qeyd etmək lazımdır ki, fandomat — ikinci əldən qabları, o cümlədən, alüminium bankaları və polietilentereftalat butulkaları əhalidən alaraq əvəzində qəbz şəklində pul mükafatı təqdim edən robotlaşdırılmış aparatdır. Onun verdiyi qəbzlərdən quraşdırıldığı mağazalarda istifadə etmək olar.

Toplanmış bu xammallar təkrar emal üçün nəzərdə tutulur və bütün dünyada gəlirli biznes sayılır. Bir sıra ölkələrdə bu qurğular və zavodlar onların quraşdırılması və tikintisinə sərf edilən xərcləri bir ildə çıxarır. Təkrar emal edilmiş plastikdən bağlamalar, tikinti materialları, sintetik parçalar və digər məhsullar istehsal edilir. Misal üçün bir futbol köynəyinin hazırlanmasına sərf olunacaq poluester üçün 4 ədəd plastik butulka lazımdır.

Xəbər lenti
0