BAKI, 22 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2008-ci il tarixində, "Bakı şəhərində məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb. 12 mart 2009-cu ildə isə bu sərəncama uyğun olaraq yaradılan "Təmiz şəhər" ASC fəaliyyətə başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Təmiz şəhər" ASC ilə birlikdə ötən dövr ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, paytaxtda kortəbii şəkildə yaranmış onlarla zibilxanalar ləğv edilib, Bakı rayonlarının ekoloji durumu xeyli yaxşılaşıb.
24 avqust saat 12:00-da Sputnik Azərbaycan mətbuat mərkəzində, hal-hazırda şəhərimizdə tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlər barədə mətbuat konfransı keçiriləcək. Tədbirdə ETSN və "Təmiz şəhər" ASC-nin nümayəndələri iştirak edəcəklər:
"Təmiz şəhər" ASC-nin şöbə müdirləri Sabit Zeyniyev və Elmar Məlikov;
ETSN-nn sektor müdirləri Vaqif Mənsurov və Adil Zeynalov.
Əlaqə üçün
Telefonlar: 404-13-86
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə (Beynəlxalq Mətbuat Mərkəzinin binası), Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi