Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlik rəsmisi: “Regionlarda zibilxananlar sanitar normalara cavab vermir”

© Sputnik / Murad OrujovМероприятие, посвященное борьбе со стихийными свалками в Баку
Мероприятие, посвященное борьбе со стихийными свалками в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyir ki, regionlarda məişət tullantılarının idarə olunması problem olaraq qalır

Adil Zeynalov: “Zibilxanalar üçün yer ayrılanda qanunvericiliyin tələbləri pozulur”
Məişət tullantılarının idarə olunması məsələsi uzun illərdir Azərbaycan üçün aktual məsələdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

“Böyük həcmdə olan tullantıların idarə olunması daha mükəmməl prinsiplər tələb edir. Bakıda məişət tullantılarının idarə olunmasında müəyyən irəliləyişlər əldə olunsa da, bu regionlarda hələ də problem olaraq qalır”.

“Regionlarda zibilxananlar heç bir sanitar və ekoloji normalara cavab vermir. Çünki regionlarda tullantıların zərərsizləşdirilməsi üçün yer ayrılanda  qanunvericiliyin tələblərinə riayət olunmur. Buna görə də məişət tullantılarının ətraf mühitə mənfi təsiri artmaqda davam edir” – deyə o bildirib.

Xəbər lenti
0