Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerikada radikal qərar gözləntisi: Manatımızın axırı necə olacaq?

Abunə olmaq
FED uçot dərəcəsini 0%-ə salsa, milli valyutamızın kursu necə dəyişəcək?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər. Bu proqnozla Almaniyanın nüfuzlu "Deutsche Bank"ı çıxış edib.

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
FED faizi artırdı, dollar isə ucuzlaşdı

Hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FED öz balansında 4,5 trln. dollardan çox istiqraz toplayıb.

"Deutsche Bank"a görə, ABŞ-da resessiya təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib. Bank bildirib ki, ABŞ iqtisadiyyatı hələ "Harvey" və "İrma" qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: "İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir".

Almaniyanın nüfuzlu bankının proqnozu nə qədər realdır? FED uçot dərəcəsini 0%-ə endirsə, dünyada valyutaların, o cümlədən milli valyutamızın kursu necə dəyişəcək?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məlumatın nə qədər etibarlı olduğuna baxmaq lazımdır: "Hər halda bu məlumatın ABŞ mənbələrindən gəlməsi daha doğru olardı. Düşünmürəm ki, FED ciddi şəkildə belə bir dönüş edə bilər".

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen - Sputnik Azərbaycan
İQTİSADİYYAT
FED uçot dərəcəsini artıracaq

"Amma belə bir hal baş versə, dünya iqtisadiyyatında ciddi dəyişikliklərin şahidi ola biləcəyik. Uçot dərəcəsinin aşağı salınması bir növ ucuz dollar siyasəti deməkdir. Ucuz dollar siyasəti artıq o deməkdir ki, bu, digər ölkələrin valyutalarına müəyyən qədər təzyiq edəcək, onların da məzənnələrində yüksəlişlər ola bilər. Eyni zamanda, bu, ABŞ ilə ticarət əlaqələrində olan ölkələrdə daha çox özünü göstərəcək. Çünki ABŞ-ın ixracatı daha çox stimullaşacaq" — ekspert bildirib.

Bağırovun fikrincə, bundan başqa, əgər FED uçot dərəcəsini 0%-ə endirsə, Amerika iqtisadiyyatına yönələn investisiyaların inkişaf etmiş dünyaya yönəlməsinin şahidi ola bilərik: "Bu, Azərbaycan üçün də müsbət hadisə olar. Dolların dəyərdən düşməsi, eyni zamanda, neftin qiymətinin müəyyən qədər qalxması deməkdir. Bu istiqamətdə də Azərbaycan üçün daha müsbət nəticəsi ola bilər. Yəni, birincisi neftin qiyməti müəyyən qədər qalxa bilər. İkincisi, Azərbaycana xarici investisiyaların cəlbi baxımından daha münbit şərait yarana bilər. Bu iki istiqaməti mühüm hesab edirəm".

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların məzənnəsi qalxdı, yerli valyuta kəskin ucuzlaşdı

Keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, keçən dəfə FED rəhbəri Canet Yellen uçot dərəcəsinin artırılması ilə bağlı açıqlama verərkən il ərzində daha bir dəfə artırılmasını proqnozlaşdırmışdı: "Əgər ABŞ-da uçot dərəcəsi qaldırılsa, yenidən dolların digər valyutalara nisbətən güclənməsinə, dəyərinin artmasına gətirib çıxarda bilər. Yox, əgər FED uçot dərəcəsini 0%-ə endirsə, Amerika iqtisadiyyatının xarici ölkələrə daha çox vəsait çıxarmasını stimullaşdıra bilər".

Onun sözlərinə görə, ABŞ-da daha çox iş yerlərinin açılmasına ehtiyac var: "Transmilli şirkətlərin Asiya ölkələrində daha çox istehsal yaratmağının səbəbi dolların uçot dərəcəsinin aşağı olması ilə bağlı idi. Ona görə də, Almaniya bankının proqnozunu bölüşmürəm. Bankın proqnozu real görünmür. Aparılan siyasət onu göstərir ki, ABŞ-da işsizliyin azaldılması ilə bağlı iqtisadi siyasət daha çox uçot dərəcəsinin artırılmasına siqnal verir. Faiz artırılarsa, yenə də dolların kursunda bizə mənfi fəsadlar yaşada bilər".

İqtisadçı-ekspert Vüqar Bayramov isə mətbuata açıqlamasında deyib ki, uçot dərəcəsinin sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir: "Belə görünür ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarılan və satılmayan dollarlar manatı bahalaşdırardı".

"Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasında imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımdan çox vacibdir. Bununla belə, FED uçot dərəcəsini sıfırlayarsa belə, yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da dollara tələb qalacaq" — Bayramov əlqvə edib.

Onun sözlərinə görə, FED-in uçot dərəcəsini sıfırlaması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək: "Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər".

Xəbər lenti
0