BAKI, 3 mart — Sputnik. "ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.
“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa, uçot dərəcəsinin artırılması labüdləşəcək” — Yellen vurğulayıb.
Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.
Ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.