BAKI, 6 oktyabr — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi günə yüksəlişlə başlayıb, avro isə rekordu təzələyib. Əsas diqqətlər ABŞ-da açıqlanması gözlənilən kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisinə yönəlib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ-da güclü iqtisadi göstəricilər, FED-in nümayəndələrindən gələn açıqlamalar və siyasi hadisələrlə güclənən dollar türk lirəsi qarşısında möhkəmlənir.
ABŞ dollarının məzənnəsi günə 3.58 səviyyəsindən başlayıb və mərhələli yüksələrək 3.61 həddini ötüb. Avro isə 4.22-ni keçərək rekord qırıb. Dünən FED rəsmilərinin şahin açıqlamaları və dekabr ayında faiz artımı gözləntilərinin artması Türkiyədə dolların yüksəlişinə təsir edir.
Günün ən mühüm göstəricisi olaraq ABŞ-da kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq statistikası göstərilir. Məşğulluğun sentyabr ayında 80 min nəfər artması, işsizlik göstəricisinin 4.4 faizdə qalması gözlənilir. Mütəxəssislərin fikrincə, göstəricilər müsbət olarsa, dollar daha da yüksələcək.