"Dövlət qurumlarının 6 ay müddətində iş görməmək səlahiyyətləri var"

© Sputnik / Murad OrujovФинансовая отчетность
Финансовая отчетность - Sputnik Azərbaycan
Abunə olmaq
Monitorinqin başa çatması o demək deyil ki, onlar verilən müddət ərzində heç bir iş görməyib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, daha beş strateji yol xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Monitorinq və qiymətləndirmə nəticələri açıqlanan strateji yol xəritələri aşağıdakılardır:

Cессия Парламентской ассамблеи Организации по безопасности и сотрудничеству в Европе, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi, 

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi. Strateji yol xəritələrinin ən yüksək icra göstəricisi 62 faiz "Milli iqtisadiyyat perspektivi" üzrə əldə olunub.

Ən aşağı icra göstəricisi isə "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" və "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeydə alınıb – hər ikisində 27 faiz.

2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə görə 47 qurumun performansı təqdim edilib. Maliyyə Sabitliyi Şurası və "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılan Komissiya üzərinə düşən işləri 100 faiz icra edib. "Azərenerji" ASC 75 faiz, Maliyyə Nazirliyi 69 faiz, Turizm Şurası 67 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 60 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 57 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz icra göstəricisinə malikdir. 16 qurum 2017-ci ilin birinci yarısı üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin 50 faizini, 20 qurum 50 faizdən azını və nəhayət 3 qurum isə heç bir tədbiri icra etməyib. 

Бакинский государственный университет - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın ən böyük təhsil ocağında yoxlama: ciddi nöqsanlar aşkarlanıb

Monitorinqlərin nəticəsinə görə, Fövqəladə Hallar Nazirliyi, "Azəravtoyol" ASC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC hesabat dövrü ərzində heç bir iş görməyib və sıfır balla qiymətləndirilib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, həmin qurumların sıfır balal qiymətləndirilməsi əslində həmin qurumların üzərinə düşən işləri tam yerinə yetirməməsi demək deyil: "Adından göründüyü kimi də, bu yarım illik hesabatdır və yarım illik dövr ərzində nəzrədə tutulan işlərə start verilməyib. Strateji Yol Xəritəsində göstərilən işlərə start verilməsə də, bu qurumlar işçi qrupu ilə görüşlər keçirib, layihə şəklində hansısa təklifləri var".

"Bu hesabat yarım ildən bir açıqlanacaq. Onların bu dövr ərzində iş görməməsi o demək deyil ki, gələn il açıqlanacaq hesabatda da onlar yenə iş görməyəcək. Xəritədə bəzi işlər var ki, onların həyata keçirilməsi üçün 2 il müddət nəzərdə tutulub. Yəni, həmin qurumların 6 ay müddətində iş görməmək kimi səlahiyyətləri var. Ola bilər ki, onlar bu müddətdə hazırlıq işləri aparıblar. Monitorinqin başa çatması o demək deyil ki, onlar verilən müddət ərzində heç bir iş görməyib" — Talıbova qeyd edib.

Xəbər lenti
0