BAKI, 26 iyul — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennax və Sezar Florin Preda bir ay ərzində Azərbaycana səfər edəcəklər.
"Report"un məlumatına görə, bu barədə Şennax özünün Twitter səhifəsində yazlb.
Xatırladaq ki, sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-14-də Azərbaycana səfər ediblər. Səfər zamanı onlar Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Ombudsman Aparatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda, Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə bir araya gəliblər.