CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda oğlan uşaqlarının sayı çox artıb - Səbəb

© Photo : DSMF mətbuat xidmətiƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Sputnik Azərbaycan
Abunə olmaq
Səlim Müslümov: "Azərbaycanda gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır"

BAKI, 7 oktyabr — Sputnik. 11 oktyabr — Beynəlxalq Qızlar Günü ilə əlaqədar xoşbəxt ata və qızların obrazını nümayiş etdirən, qız övladlarına doğma və mehriban münasibəti, onların dəyərini təbliğ edən fotosərgi öz işinə başlayıb.

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə məqsədi daşıyan tədbirin açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev və b. iştirak ediblər. Tədbiri giriş sözü ilə açan F.Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən hazırda keçirlən tədbirin əhəmiyyətindən bəhs edib, bu sahədə BMT-nin Əhali Fondunun dəstəyini davam etdirəcəyini qeyd edib.

Səlim Müslümov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin uğurlarından biri kimi, respublikada müsbət demoqrafik vəziyyətin və əhalinin sabit artım tempinin mövcud olduğunu diqqətə çatdırıb. 

Boksçu Məryəm Cəbrayılova - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı döyüşçü qız: "Biz kişilərə baxanda..."

Nazir bildirib ki, bununla belə, Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması müşahidə edilir. Müəyyən olunub ki, bu, din faktoru ilə bağlı deyil: "Doğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Cins nisbətinin pozulmasının aradan qaldırılmasında ilk növbədə ictimai maarifləndirmə xüsusi önəm kəsb edir. Ona görə də Avropa İttifaqının və Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT Əhali Fondu tərəfindən birgə icra edilən iki layihə çərçivəsində Bakıda və ölkəmizin regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə işləri aparılır. Eləcə də müvafiq mövzuda ümumi məlumat xarakterli bukletlər, infoqrafika hazırlanıb, 20 rayonda bilbordlar yerləşdirilib. Həmçinin qeyd olunan layihələr çərçivəsində Beynəlxalq Qızlar Günü ilə əlaqədar həmin mövzuya dair maarifləndirmə tədbirlərinin təşkili də nəzərdə tutulub. Hazırkı fotosərgi də belə tədbirlərdən biridir".

S.Müslümov aparılan kütləvi maarifləndirmə işlərinin müsbət nəticəsi olaraq doğulan qız və oğlan uşaqları arasında say fərqinin tədricən azalmaqda olduğunu da qeyd edib: "Hazırda Azərbaycanda gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır. Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına əsasən, qadınlar daha çox təhsil, səhiyyə, incəsənət və turizm, sosial xidmət sahələrində çalışırlar".

Nazir bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsas götürülməklə yeni "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nın layihəsi hazırlanır: "Həmin layihədə respublikamlızın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər nəzərdə tutulub. Həmçinin doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də xüsusi yer ayrılıb". 

Bu rəsmi Ana və qızı tarlada adlandırmaq da olar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mən qız anası olmaq istəmirəm!

S.Müslümov bildirib ki, doğulanlar arasında cins nisbətinin aradan qaldırılmasına yönələn Fəaliyyət Planının hazırlanması da diqqətdə saxlanır: "Fəaliyyət Planının hazırlanması ilə bağlı beynəlxalq ekspert artıq müəyyən olunub və artıq cari ilin sonuna qədər həmin Planın ilkin layihəsinin hazırlanaraq təqdim olunması nəzərdə tutulur".

Daha sonra K.Yankauskas, İ.Babayev, A.Sofiyeva çıxış edərək bu kimi tədbirlərin önəmini diqqətə çatdırıblar.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr —Beynəlxalq Qızlar Gününün təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Xəbər lenti
0