Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda xarici biznesə "yaşıl işıq"

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilib

BAKI, 3 oktyabr — Sputnik. Milli Məclisin dünən keçirilən pelanr iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, həmin qanunun 2.0.11-ci maddəsindən "təkmil sertifikata malik" sözləri çıxarılıb. Mövcud variantda göstərilir ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır;. Buradan "təkmil sertifikata malik" sözləri çıxarılıb.

Digər bir dəyişikliklə qanuna aşağıdakı məzmunda 2.0.15-ci və 2.0.16-cı maddələr əlavə edilib: 

Fərhad Əhmədova məxsus Luna yaxtası - Sputnik Azərbaycan
Azərbaycan əsilli biznesmen Türkiyənin tanınması üçün nə etdi

"2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət — əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;

2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı — əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır.".

Başqa bir dəyişikliklə 4.3-cü maddəyə "yerli" sözündən sonra "və ya xarici" sözləri əlavə olunub. Təklif olunan variantda deyilir ki, hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur.

Digər dəyişikliyə görə, 7.2-ci maddədə "Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər" sözləri "Əcnəbilər" sözü ilə əvəz edilib. Təklif olunan variantda deyilir ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. 

Папки с документами, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan sahibkarları üçün vahiməli gün yaxınlaşır

Dəyişikliyə görə 7-1-ci maddənin birinci cümləsinə "qeydiyyatı" sözündən sonra ",habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı" sözləri əlavə edilib. Təklif olunan variantda deyilir ki, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Mövcud variantda isə göstərilir ki, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir.

Dəyişikliyə əsasən, həmin qanuna aşağıdakı məzmunda 7-2-ci maddə əlavə olunub:

"Maddə 7-2. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 

Əlində portfel tutmuş adam - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Banklar əl-ətəklərini rayonlardan çəkir, yeni ixtisarlar baş verə bilər

7-2.1. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.2. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.3. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.

7-2.4. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron ünvanına göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndərilir". 

Kamran Elahian - Sputnik Azərbaycan
Silikon Vadisinin sərmayədarları UNEC-də olublar

Azərbaycan Prezidenti tərəfindən "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 22 fevral tarixli Fərman qəbul edilib.

Qanun layihəsinə təklif olunan bu dəyişikliklər hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə səmərəliliyin artırılması və hüquqi şəxslərin statusunun müəyyənləşdirilməsi məqsədini daşıyır.

Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0