Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan əsilli biznesmen Türkiyənin tanınması üçün nə etdi

© Photo : "Sabah" qəzetiFərhad Əhmədova məxsus "Luna" yaxtası
Fərhad Əhmədova məxsus Luna yaxtası - Sputnik Azərbaycan
Abunə olmaq
Güçlü Kadir Yılmaz: "Bu hadisə Türkiyənin tanınmasına da töhfə verəcək"

BAKI, 26 sentyabr — Sputnik. Rusiyalı biznesmen, Azərbaycan əsilli Fərhad Əhmədov Roman Abramoviçdən satın aldığı 360 milyon dollar dəyərindəki 115 metrlik "Luna" adlı yaxtasıyla ailəsi ilə birlikdə Egey dənizinin sahillərində istirahət edib. Əhmədovlar bölgədə 10 gün qalıblar. Biznesmen Mərmərisdə türk sənət dünyasında səs-küyə səbəb olmuş bir alış-verişə imza atıb.

© Photo : "Sabah" qəzetiFərhad Əhmədov və ailəsi "Luna" yaxtasında tətil zamanı
Fərhad Əhmədov və ailəsi Luna yaxtasında tətil zamanı - Sputnik Azərbaycan
Fərhad Əhmədov və ailəsi "Luna" yaxtasında tətil zamanı

Əhmədov 35 yaşlı türk rəssam Güçlü Kadir Yılmazın bir tablosunu 10 min dollara satın alıb. "Existentialis" adlı əsəri əslində biznesmenin həyat yoldaşı Tatyana Əhmədova bəyənib.

Əsərinin tanınmış kolleksiyaçı tərəfindən satın alınmasından böyük şərəf duyduğunu bildirən rəssam Kadir Yılmaz deyib:

"Sırf kolleksiyasına daxil edilsin deyə bir çox rəssamlar Əhmədova əsərlərini hədiyyə etmək istəyir, amma o qəbul etmir. Mənim əsərimi bəyənməsi, üstəlik bazarlıq etmədən satın alması mənə və əsərimə önəm verdiyini göstərir. İnternetdə əsəri ona satdığımızı bildiriəndən sonra sənət dünyası bizdən danışmağa başladı. Əhmədovun tablomu kolleksiyasına daxil etməsi, iş həvəsimi artırdı. Bu hadisə Türkiyənin tanınmasına da töhfə verəcək. Buna görə ayrıca seviniriəm və şərəf duyuram".

Xəbər lenti
0