Elməddin Hacılı, Sputnik Azərbaycan
BAKI, 26 sentyabr — Sputnik. Son illərdə dünyada turizm sektorunun ayrı-ayrı ölkələrin iqtisadi inkişafında çəkisinin güclənməsi ilə yanaşı turizmin dayanıqlı inkişafı məsələsinin aktuallığı daha da artmışdır. Azərbaycanda da neft gəlirlərinin tükəndiyi bir mərhələdə qeyri-neft sektorunun, xüsusilə də turizm sektorunun davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur.
Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz1 ortaillik sabit artım müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Dövlət tərəfində bu sahənin inkişaf təmin edilməsi məqsədi ilə müəyyən tədbirlərin hazırlanıb icra olunur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" buna əyani sübutdur. Fikrimizcə, qeyd edilən proseslərdə turizm yönümlü təşkilatların və onların fəaliyyətləri, həyat keçirdikləri layihələr, o cümlədən də korporativ sosial məsuliyyət layihələri mühüm əhəmiyyət kəsb edir və bu da bütövlükdə turizmin dayanıqlı inkişafına təsir göstərən əsas amillərdən biridir.
Dayanıqlı turizm. 1995-ci ildə Dayanıqlı Turizmin İnkişafı Dünya Konfransında turizmin davamlı inkişafı prinsipləri müəyyən edilmişdir. Həm prinsiplərə görə turizm inkişafı dayanıqlılıq meyarlarına əsaslanmalı, yəni uzunmüddətli ekoloji amil təmin olunmalı, həm də yerli icmalar üçün iqtisadi cəhətdən etibarlı, etik və sosial cəhətdən ədalətli olmalıdır. Eyni zamanda turizmin dayanıqlı inkişafa təsiri təmin etməlidir və təbii, mədəni və insan mühiti ilə birləşdirilməlidir. Hökumətlər və səlahiyyətli orqanlar, QHT-lər və yerli icmaların iştirakı ilə turizmin planlaşdırılmasını dayanıqlı inkişafa töhfə kimi inteqrasiyaya yönəlmiş tədbirlər həyata keçirməlidirlər.
Sektorlararası əməkdaşlıq çərçivəsində təşkilatlar ətraf mühitin qorunmasının yüksəldilməsinə kömək edən turizm layihələrini gücləndirməlidir. Fikrimizcə, turizm yönümlü təşkilatların dayanıqlı turizmin inkişafına təsiri hüdudları turizm sənayesinin müxtəlif sahələrinə dəstək, turizmin menecmentinin müasir qaydalara uyğunlaşdırılması, resursların müəyyənləşdirilməsi, qeyri-formal turizm təhsilinə yardım, turizm şüurunun formalaşması, icma əsaslı turizmin inkişafına təsirlə və digər istiqamətlərlə ölçülə bilər.
Korporativ sosial məsuliyyət (KSM). Nəzəri ədəbiyyatlarda KSM anlayışına baxış birmənalı deyil və müxtəlif qurum və şəxslər tərəfindən bu konsepsiya müxtəlif şəkildə izah edilməkdədir. Bütün bu anlayışlar bir-birindən fərqli olsa da, müəyyən məsələlərin izahında eyni mövqedən çıxış edir. Bu təriflər adətən təşkilatın həm cəmiyyət, həm də biznes üçün müsbət davamlı inkişafı təmin etməsi məqsədi ilə öz əsas bizneslərinə sosial, ekoloji və iqtisadi dəyəri necə qatmasına yönəlib. KSM biznes strukturlarının maraqlı tərəflərlə (icmalar, təşkilatlar, bələdiyyələr, təhsil və mədəniyyət ocaqları və s.) qarşılıqlı əlaqədə həyata keçirdiyi, dayanıqlı inkişafa yönələn iqtisadi, ekoloji və sosial tədbirlərin ardıcıl sistemidir. Bu da özünü ilk növbədə biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına, sosial proqramların icra olunmasına maddi, texniki və digər dəstəyində göstərir.
Beynəlxalq təcrübə. Araşdırmalar göstərir ki, beynəlxalq təcrübədə turizm sektorunda KSM layihələri XX əsrin 90-ci əsasən iri hotel şəbəkələrində tətbiq edilməyə başlamışdır və hal-hazırda bu proses davam edir. Tədqiqatlara əsasən KSM layihələri qeyd olunan sahələri əhatə edir: Məhsul — Təhlükəsizliyin, ictimai səhiyyənin, müvafiq tənzimləmələrin və istehsal olunan məhsulların sosial təsiri; Ətraf-mühit — Bərpa olunmayan resursların, tullantıların, enerjinin, nəqliyyatın, suyun istifadəsi, biomüxtəliflik və torpaqdan istifadə üzərindəki təsir, istifadə və atılma mövzusunda məhsul təsiri, biznes fəaliyyətləri və planların mövcud tənzimləmə dərəcəsi-Qlobal əməliyyatlar — Qloballaşmış məsələlərin və risklərin müvafiq insan hüquqlarına təsiri- Müştərilər — Qaneedicilik, şikayətlər/geri dönüşlər, təklif olunan məlumat, düzgün müalicə prosedurları; İşçilər — yer, iş imkanlarının qaneediciliyini təmin etmə tədbirləri, çalışanların iştirakı və ittifaq münasibətləri, təlim və inkişaf, ödəmə və faydalar, sağlamlıq və təhlükəsizlik, iş imkanlarının yaradılması və təhlükəsizlik; İcma-Yerli icmaların investisiyası, yerli tənzimləmə əhəmiyyəti, hər hansı bir yeni işin idarə edilməsi, təkmilləşdirmə planları.
KSM layihələrinin tətbiqi. Tədqiqatlara görə Azərbaycanda fəaliyyət göstərən turizm yönümül təşkilatlarda korporativ sosial məsuliyyət prinsiplərinin və layihələrinin tətbiqi qənaətbəxş deyil. Əksər turizm təşkilatlarının bu barədə informasiyası yoxdur. Nadir hallarda beynəlxalq hotel şəbəkələrində KSM layihələrinə ayrı-ayrı elementlərinə rast gəlmək olar. İri milli şirkətlərdə KSM fəaliyyətləri olsa da, konkret olaraq onların tərkibində olan turizm şirkətlərində buna rast gəlinmir. Müşahidə və araşdırmalara əsasən turizm yönümlü təşkilatlarda ümumiyyətlə KSM-lə bağlı mövcud problemləri aşağıdakı kimi ümumiləşdirmək olar.
• KSM-lə bağlı mövcud qanunvericilikdə stumllaşdırcı müddəaların olmaması;
• KSM sahəsində təlim və tədrisin qənaətbəxş olmaması;
• Beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi;
• KSM mədəniyyətinin zəifliyi;
• KSM sahəsində kadr və mütəxəssis çatışmazlığı;
• KSM sahəsində maarifləndirmə işinin zəifliyi və s.
• Turizm yönümlü təşkilatların bu sahəyə maraq göstərməməsi (xüsusən yerli)
Qeyd edək ki, KSM layihələrinin tətbiqi tez və aydın nəticə vermir və vacib həll olunası problemlərin olduğu bir zamanda, fikri uzunmüddətli perspektivə cəmləşdirmək üçün çoxlu qüvvə sərf etmək tələb olunur. Buna görə də, əgər şirkət KSM prinsiplərinin və layihələrinin tətbiqinə başlayırsa, o zaman bunların necə işlədiyi barədə məlumatın açıqlanmasına hazır olmalıdır. Əgər şirkətin yaxşı adı varsa, o zaman KSM tətbiq edilməsi müştəri bazasını qoruyub saxlamağa köməklik edir, çünki bu gün istehlakçıların seçim imkanları var. Turizm yönümlü təşkilatlar dayanıqlı turizm inkişafını təmin etməsi KSM layihələrini tətbiqi etməklə aşağıdakılara nail ola bilərlər:
• Turizmin müxtəlif növləri üçün KSM layihələrinin hazırlanması və həyata keçirilməsi fəaliyyətini təkmilləşdirmək;
• Azərbaycan haqqında turizm üçün əhəmiyyətli bir ölkə kimi təsəvvür formalaşdırılmaq;
• Yerli icmalarda turizmlə bağlı maarifləndirmə işlərinin təşviqi və təşkil etmək;
• Turizmin sosial yönünün gücləndirilmək;
• Ölkənin beynəlxalq turizm bazarına inteqrasiyası, beynəlxalq turizm münasibətlərinin gücləndirilmək və genişləndirilmək;
• Turizmin dayanıqlı inkişaf nəzəriyyəsinin hazırlanmaq və s.
Nəticə. Dayanıqlı turizmin inkişafı üçün KSM layihələrini tətbiqi istiqamətində turizm yönümlü təşkilatlar üçün aşağıdakı tövsiyələr təklif oluna bilər:
• Turizm yönümlü təşkilatlar illik hesabatlarını ayrıca olaraq dərc etməlidirlər;
• Fərqli kurslar vasitəsilə işçiləri maarifləndirmək və öyrətmək vacibdir. Turizmin prioritetlərindən biri müxtəlif təlimlər olmalıdır;
• Turizm yönümlü təşkilatlar hər yerdə və hər yerdə yerli əhalini işə götürməlidirlər;
• Turizm yönümlü təşkilatlar KSM layihələrinin icrasında yerli QHT-lərə və icmalara dəstək verməlidirlər;
• Turizm yönümlü təşkilatlar mədəni sahələrin bərpasına dəstək verməlidirlər.
• Otel şirkətləri güclü iqlim dəyişikliyi strategiyasını tətbiq etməlidirlər, enerji səmərəliliyi tədbirlərini tətbiq etməlidirlər, üçüncü tərəfin ekoloji sertifikatını almalıdırlar (ISO 140001 və ya ISO 9001 və s.),təhlükəsizlik və təhlükəsizlik səviyyəsini yüksək səviyyədə saxlamalıdırlar;
• Ali təhsil müəssisələri arasındakı əlaqələri artırmaq və inkişaf etdirmək vacibdir və s.