Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Turizm həftəsi"nə start verildi

© Sputnik / Murad OrujovТуристы в Дворце ширваншахов в Баку, фото из архива
Туристы в Дворце ширваншахов в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümid Yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub

BAKI, 25 sentyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr — Beynəlxalq Turizm Günü ilə əlaqədar "Turizm həftəsi" elan edir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Yeddi gözəl şəlaləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"

Bildirilir ki, 25-29 sentyabr tarixlərində keçiriləcək "Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə "Ümid Yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Həmçinin, Baş İdarənin 27 sentyabr – Beynəlxalq Turizm Günü ilə əlaqədar tədbirlər planına əsasən, şəbəkəyə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, "Açıq qapı" günləri təşkil olunacaq.

Xəbər lenti
0