Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş məşqçi: "Bu qələbəni Qurban bayramına həsr edirik"

© AP Photo / Mindaugas KulbisAzərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli
Azərbaycan milli futbol komandasının baş məşqçisi Robert Prosineçki, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Prosineçki: "Bu qələbəni Qurban bayramına həsr edir, Azərbaycan xalqını təbrik edirik"

BAKI, 4 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması üzərində 5:1 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransına qatılıb.

"Report" xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə rəhbərlik etdiyi kollektivin cari tsikldəki üçüncü qələbəsi barədə danışıb.

— Bu qələbəni Qurban bayramına həsr edirik və Azərbaycan xalqını təbrik edirik. Oyuna nəzarət bizim əlimizdə idi. İki-üç qoldan sonra arxayınlaşmadı, hücumlarını davam etdirdi. Komandanın oyunundan razı qaldım. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə seçmə mərhələdə 5 qol vurdu. 

Azərbaycan millisinin futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanın futbolçuları San-Marino yığmasını darmadağın etdi

— Millidə debüt edən Təmkin Xəlilzadənin oyunundan razı qaldınız?

— Bəli, onun çıxışı məni qane etdi.

 Qrupdakı hədəf nədir?

— Bizi iki oyun gözləyir. İlk növbədə Çexiyaya qarşı yaxşı oynamalıyıq. Almaniyaya gəlincə, gəlin özümüzü aldatmayaq. Dünyanın ən yaxşı millilərindən birinə qarşı oynayacağıq. Məqsəd həmin matçda özümüzü yaxşı tərəfdən göstərməkdir.

 Dmitri Nazarovun Norveçlə matçda bilərəkdən sarı vərəqə alaraq cəzalı duruma düşdüyünü düşünmürsünüz ki?

— Oyunçularıma heç vaxt göstəriş vermirəm ki, sarı vərəqə alıb, cəzalı duruma düşsün.

 Renat Dadaşov bu matçda əlinə düşən imkanı dəyərləndirə bilmədi. Növbəti görüşlərdə ona şans verəcəksiniz?

— Gəlin, tələsməyək. Renat hələ gəncdir. Onun Çexiya və Almaniyaya qarşı oynayıb-oynamayacağı barədə təlim-məşq toplanışından sonra qərar verəcəm.

— Rəşad Sadıqov qol vursa da, bugünükü oyunda da səhvləri oldu. Bu barədə nə deyə bilərsiniz?

— Rəşad kobud səhv etmədi. Bəlkə yüngül top itkiləri oldu. O, Azərbaycan futbolu üçün önəmli simadır. Fiziki cəhətdən hazır olsa, oynayacaq. Olmasa belə, həmişə millinin heyətində yer alacaq.

 Ruslan Abışov niyə hələ də etimadınızı qazana bilməyib?

— Razıyam, bəlkə də, onu da meydana daxil edə bilərdim. Lakin o, hazırda tam formasını yığmayıb. Gələcək matçlarda şans verəcəyəm.

 Ramil Şeydayevdən qol gözləyirdiniz?

— Ramil çox yaxşı oyun nümayiş etdirdi. Komanda üçün çalışan futbolçudur. Bir qol vursa, ayağı açılacaq. Onun oyunundan həzz alacağıq. İlk növbədə onun özünə görə qol vurmasını istəyirdim. Təəssüf ki, əlinə düşən imkandan yararlana bilmədi.

Xəbər lenti
0