CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimi gözləyirdik, kim gəldi Azərbaycana...

Abunə olmaq
Bütün sosial şəbəkə, dükan-bazar ondan danışır

BAKI, 21 avqust — Sputnik. Bir neçə il əvvəl Türkiyədən dönən bir dostum, orada üzləşdiyi mənzərəni hələ də yana-yana danışır. Deyir ki, qaldığı şəhərin ən böyük ticarət mərkəzlərindən birinin qarşısında lövhə asılıbmış: "Azerilerden başka her kesle alış-veriş yapmaya hazırız" yazılı.

Babək prospekti, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...

Dostumu yandıran, Anadolu türklərinin qafqazlı qardaşlarını niyə bu qədər aşağılamaları deyildi, oradakı azərbaycanlıların bu illər ərzində həmin münasibəti həqiqətən qazandıqları idi. O qədər fırıldaq işlətmiş, ona-buna "atmış", şəriklərinə kələk gəlmiş, alış-veriş etdikləri insanların haqqına giriblərmiş ki, danışılası deyil…

Yay fəsli gələndən bu yana Azərbaycan mediası, sosial şəbəkələr, dükan-bazar, çayxana-meyxana qaynaşır, gileylənir, söyür-söylənir. Səbəb də odur ki, niyə Azərbaycana gələn turist ingilis lordu deyil, ərəb şeyxinin yan-yörəsidir, 90x60x90 ölçülü Ukrayna gözəli deyil, gözünün ağına qədər çadraya bürünmüş BƏƏ-li qadındır. Əlqərəz, ərəb turistlər buraları zibilləyir, unitaza ayaqla çıxır, yol kənarına butulka atır, ekologiyamızı korlayırmışlar.

Bunların içindən bir başbiləni də çıxıb demir ki, "ay qardaş, ingilisin, fransızın bura gəlməmək üçün əlini tutanmı var, slavyan gözəlinin gəlib burada sizə əndamını göstərməməsi önünü kəsənmi var?"

Süfrən necədirsə, ona uyğun da qonağın gələr. Bu yetim ərəb də gəlməsəydi, nə edəsiydik? Məgər, çadralı Hənifə Azərbaycana gəlmək üçün, bikinili Tatyananın təyyarə biletinimi əlindən alıb? Ayrıca, Əbdülqahhar kişi Səudiyyədən bura dəvəsini axtara-axtara gəlməyib ki… Pul səpməyə gəlib.

Ətraf mühiti zibilləməkmiş… Topal Mamed kafemizdə 3 manat pul xərcləyəcək deyə, içəndən sonra onun qusuntusunu əllərimizlə təmizlədiyimizi nə tez unutduq? Ərəb ondan azmı xərcləyir? Üstəlik, Mamedin özünün 3 manata möhtac olduğu bir dövrdə.

Yeddi gözəl şəlaləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"

Haqlısınız, ərəbin burada xərclədiyi pulların çoxu hotel-motellərin, ticarət mərkəzlərinin, restoranların arxasındakı iri adamların cibinə gedir. Amma, yetim Həsənquluya da nəsə çatır, axı — ofisiant kimi, yolkənarı siqaret satan kimi, o restoranlara ərzaq paylayan kimi…

Bu da bir yana, yuxarıda bəhs edildiyi kimi, aldatmaqdan, fırlatmaqdan ötrü sinov getmirikmi? Rusiyanın, Türkiyənin bazarlarında ölüm təhlükəsi, həbs riski altında, birilərinin cibinə giririk. Hazır qurban öz ayağı ilə gəlib – taksi sürücüsündən hotel sahibinədək hər birimizin əlinə fürsət düşüb, gen-bol soyaq Qətərdən olan binəvaları.

Və nəhayət, axı biz qonaqpərvərdik, noldu? Bəs, evimizə gələnin kimliyindən asılı olmayaraq, qapılarımızı açardıq..? Süfrəmizin başında qonaq əyləşər, yeməyin gözünü o yeyərdi..?

Hamısı nağılmış, hə? Rəvayətmiş…

Mahalda olduqca ziyankar, mərdiməzar bir adam varmış. O qədər pis insanmış ki, öldüyündə qohum-qonşu, övladları belə, onun nəşini dəfn etməkdən imtina edirlər. Naçar qalan arvadı, onun meyitini birtəhər eşşək arabasına yükləyərək dəfn etməyə aparır.

Meyiti qəbiristanlıqda da qəbul etmirlər və qadın arabanı bir təpənin başına sürür. Amma nə qədər əlləşirsə, quruyub bərkimiş torpağı qaza bilmir. Bir də baxır ki, o yanda çoban var, qoyun otarır. Onu səsləyib, qəbir qazmağa yardım etməsini xahiş edir. Və çoban dərhal onun köməyinə yetişərək, qəbir qazır, nəşi dəfn edir.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstana ayaq bassanız, başınıza gələcəklərdən agah olun

O gecə qadın ərini yuxuda görür – Cənnətin tam mərkəzində, şad-xürrəm. Kişi arvadına Cənnətə düşdüyünü, Allahın hər şeyi onun ixtiyarına verdiyini deyir. Qadın hövlank yuxudan oyanır, gördüklərinə inanmır. Növbəti gecə yenə eyni yuxunu görür, bu dəfə də inanmır, "belə pis insan Cənnətə düşməz" deyə. Və üçüncü gecə təkrar həmin yuxu…

Qadın heç nə anlamayaraq, mahalın ağsaqqalının – Nurani Dədənin yanına gedir, yuxuda gördüklərini anladır. Ağsaqqal onu sonadək dinlədikdən sonra, birgə meyiti dəfn edən çobanın yanına yollanırlar. Salam-kalamın ardından, Dədə ondan adamı necə dəfn etdiyini soruşur. Çoban "adi qaydada – çuxur qazıb meyiti oraya endirdim" deyir. Lakin ağsaqqal israr edir, "qeyri-adi nəsə olmadımı" soruşur. Nəhayət, Nurani Dədənin xeyli israrından sonra çoban o gün baş verənləri belə anladır:

"Mən 50 ildir yol kənarındakı daxmamda yaşayan bir çobanam. Bu illər ərzində qapımı minlərlə yolçu döydü, "Allah qonağıyam" dedi. Heç bir Allah qonağını geri qaytarmadım, kimliyini soruşmadım, necə insan olduğunu düşünmədim, olanımdan süfrəyə çəkib, saman çöpündən hazırladığım yatağımı qonağa verdim… Bu qadının ərini dəfn edərkən, bir anlıq içimdən keçirdim: Ey gözəl Allah, ömrüm boyu Səndən nəsə istəməmişəm, göndərdiyin qonaqlara da "off" deməmişəm. Amma ilk dəfə Səndən istəyim var – mən də Sənə qonaq göndərirəm, onu qəbul et"

Gözləri yaşarmış Nurani Dədə qadına tərəf çevrilib deyir: "Qızım, yuxuda nə görmüsənsə, doğrudur — ərin Cənnətdə Allahın qonağıdır".

Xəbər lenti
0