CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarpız kəsdim yeyən yox..: “Dedilər, zəhərləyir”

© Sputnik / Ilham MustafayevQarpız, arxiv şəkli
Qarpız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qarpızı yuduqdan sonra kəsin və uzun müddət soyuducuda saxladıqdan sonra yeməyin.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. KİV-də tez-tez "qarpızdan zəhərləndi" başlıqlı xəbərlər oxusaq da, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, bu il sırf qarpız zəhərlənməsi səbəbindən mərkəzə müraciət edən olmayıb. Müsahibimiz həmçinin onu da bildirir ki, qarpızdan zəhərlənmə onun tərkibində nitrat çox olarsa baş verir. Nitratı isə təkcə qarpıza deyil, digər tərəvəz məhsullarına da vurulur. Baş verən zəhərlənmələr isə qida zəhərlənmələridir. Yəni, qarpız yeyən şəxslər qarpızı digər qidalarla qarışdırdığı üçün zəhərlənir.

Bu ilin ilk 6 ayı ərzində 188 qida zəhərlənməsi qeydə alınıb. Baş verən qida zəhərlənmələrindən 285 nəfər zərər çəkib və bu zəhərlənmələrdən 11-i botulizmlə nəticələnib. Botulizmdən zərər çəkən 21 nəfərdən isə 3 nəfəri dünyasını dəyişib: "Baş verən ölüm hadisələri, Abşeron, Şəmkir və Goranboy rayonlarında qeydə alınıb. Ölümə səbəb konservləşdirilmiş bostançılıq məhsulları ilə qidalanma olub". 

Xəstəxanada həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Toyda baş verən zəhərlənmənin ilginc səbəbi: niyə məhz qız evi...

Kazımovun sözlərinə görə, bu il sırf qarpız zəhərlənməsi ilə müraciət daxil olmayıb: "Onların çoxu qarpızı digər qida vasitələri ilə, məsələn, kolbasa, süd məhsulları və digər məhsullarla qarışdırdığı üçün zəhərləniblər. Belə zəhərlənmələrin entomoloji araşdırmasını aparmaq çətin olduğu üçün, bu zəhərlənmələrə qida zəhərlənməsi adı verilib. Amma sırf qarpızdan zəhərlənmə ilə müraciət edən olmayıb".

Kazımov qeyd edir ki, qarpız da zəhərlənməyə səbəb ola bilər. Əgər qarpızı soyuducuda 24 saat saxlayıb, sonra qəbul ediriksə, soyuq qarpız qəbul edildiyi zaman digər qidalarda olan bağırsaq çöplərinin yayılması üçün əlverişli mühit yaranır. Bu bakterioloji çirklənmədir. Buna görə də, qarpızı 24 saat soyuducuda saxlamısınızsa, yeməməlisiniz.

Qarpız zəhərlənməsi isə onun tərkibində olan nitratdan baş verə bilər. Əgər qarpızın tərkibində nitrat çox olarsa, bu, zəhərlənməyə səbəb ola bilər. Bostan şəraitində yetişdirilən qarpızın tərkibində nitratın miqdarı 1 kiloqramda 60 mq, istixana şəraitində isə 90 mq miqdarında ola bilər: "Nitrat digər bostan məhsullarına, məsələn, yemişə, çiyələyə, yerkökünə və digər məhsullara da vurulur. Buna görə də, təkcə qarpızdan danışmaq düzgün deyil".

Azərbaycanda bostan şəraitində yetişdirilən bütün məhsullar, eləcə də qarpız məhsulları Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında mütəmadi olaraq yoxlanılır. İndiyədək kütləvi halda qarpız və yemiş məhsullarının tərkibində istər pestisid qalığı, istər də gübrə qalığının normadan artıq olması aşkar olunmayıb. DFNX-nin mətbuat katibliyindən Sputnik Azərbaycan-a verilən açıqlamada bildirilir ki, bir neçə gün əvvəl adı çəkilən laboratoriyada qarpız üzərində analiz aparılıb və məhsulda təhlükəli element aşkar olunmayıb: "Son müayinələr zamanı məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub və heç bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib. Qarpız məhsullarında nitratın qalıq miqdarı norma üzrə 60 mq\kq olduğu halda, müayinə zamanı 30-50 mq\kq arasında dəyişib. Ağır metallar normada olub və üzvi tərkibinin müayinəsi zamanı heç bir toksiki birləşmələrə və pestisid qalıqlarına rast gəlinməyib". 

Təcili tibbi yardım - Sputnik Azərbaycan
SƏHİYYƏ
Zirədə şok əhvalat: Camaatı zəhərləyəcəkdilər, özləri zəhərləndilər

Bildirilir ki, əvvəllər tərkibində nitrat və pestisid qalığı aşkar edilən məhsulları məhv etmə halları tez-tez baş verirdi. Artıq fermerlər başa düşür ki, qarpız istehlakçının tələbinə uyğun istehsal olunmalıdır. Qarpız standartlara cavab verməlidir ki, fermer məhsulun məhv edilməs səbəbindən itkilərlə üzləşməsin. Son illər gübrələnmə və dərmanlama zamanı müasir üsullardan istifadə olunur. Bunun nəticəsində də qarpız və yemişlərdə pestisid və gübrə qalığı norma daxilində olur. Bu il yoxlama zamanı 5 ay ərzində 100 tondan artıq meyvə-tərəvəz məhsulu məhv edilib. Amma onun içərisində qarpız bir faizdən də aşağı təşkil edilir.

DFNX-dən bildirilir ki, mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə və düzgün temperatura riayət olunmaqla saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz. Artıq avqust ayı olduğu və havalar isti keçdiyi üçün qarpız və yemiş məhsullarına gübrə və pestisidlərin vurulması mümkün deyil. Buna görə də bu ayda qarpızdan qida zəhərlənməsinə rast gəlinməyib.

Bildirək ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır. Belə olan halda, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz

Satıcı Vaqif Abdulovun sözlərinə görə, bostan məhsullarının haradan alınmasına diqqət yetirmək vacibdir: “Maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Bostan məhsulları bağlı, həmçinin torpaqdan xeyli aralı məsafədə satılmalıdır. Buna görə də günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinin". 

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sarı qarpızın GMO olub-olmaması ilə bağlı rəsmi açıqlama

Satıcı bildirir ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq lazımdır: "Çox zaman alıcı qarpızı kəsdirib alır. Bu zaman qarpızın xarici səthində olan mikroblar və digər zəhərləyici maddələr içinə sıza bilər. Qarpızın zəhəri içində deyil, çölündə olur. Buna görə də çalışın ki, qarpızı yuyub qurutduqdan sonra kəsəsiniz. Yetişmiş məhsula bıçaq dəyən kimi dərhal ayrılır və onun tumları tünd-qəhvəyi və ya qara rəngdə olur. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir".

Bakı sakini Leyla Abdullayeva deyir ki, qarpız alanda kəsdirib alır. Amma buna baxmayaraq yen də yeyəndə qorxa-qorxa yeyirlər: "Kəsdirirəm, içi yaxşı olanda alıram. O qədər zəhərlənmə halları olur ki… Əvvəlcə özümüz yeyirik, 4-5 saatdan sonra uşaqlara veririk. Dərmanlar digər meyvələrdə elə də qorxulu olmasa da, qarpızda çox təhlükəlidir. Kənddə qarpızı tanış satıcılardan alırıq. Bəzən qohumlar da əkib satır. Həyət qarpızı daha dadlı olur. Dərmansız yetişdirildiyini bilirik. Amma  yol kənarında, bazarlarda satılan qarpızı nə ilə yetişdirirlər, bilmirəm. Bircə onu bilirəm ki, zəhərlənməsi ağır olur. 5-6 il əvvəl zəhərlənmişdim, həkimlər dedi ki, artıq zəhərlənmədən qan laxtalanması başlayıb. Özümdə deyildim, amma yaxınlarım deyir ki, sağ qalmağım Allahın möcüzəsidir".

Xəbər lenti
0