BAKI, 7 avqust — Sputnik. Mingəçevir şəhərində toyda baş vermiş zəhərlənmənin səbəbi məlum olub.
“Report” xəbər verir ki, Mingəçevirin “Ağsaray” şadlıq sarayında baş vermiş hadisə zamanı zəhərlənmiş 10 nəfərin 7-si qadın, 3-ü kişidir. Həmin şəxslərin hamısı qız evinin adamları olub. Eyni masada oturan şəxslər toydan bir gün əvvəl xüsusi olaraq özləri üçün bir neçə çeşid yemək hazırlayıblar, lakin yeməklər soyuducuya qoyulmayıb. İlkin ehtimala görə, zərərçəkənlər həmin yeməklərin hansısa birindən zəhərlənib.
Artıq hadisə ilə bağlı yemək nümunələri Bakıya göndərilib. Bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq.