SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropanın tək çıxış yolu türklərlə masaya oturmaqdır

© REUTERS / Murad Sezer/File PhotoФлаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле
Флаги Евросоюза и Турции развеваются перед одним из отелей в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
Avropaya girişə mane olacaq, təhlükəni nəzarət altına ala biləcək tək ölkə Türkiyədir. Bunun üçün edilməsi lazım olan tək şey, rəsmi Ankara ilə masaya oturub, sağlam dialoq qurmaqdır

BAKI, 9 avqust — Sputnik. Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti son illər çətin dövrdən keçir. İngiltərənin daxili siyasət baxımından Avropadan ayrılaraq müstəqil hərəkət etməsi, Brüsselin xarici siyasətdə yaranan problemlərə cavab verə bilməməsi, Fransa-Almaniya əməkdaşlığının iflasa uğraması kimi faktorlar, Almaniyanı ittifaqın xarici siyasətində ən güclü aktyora çevirib. Qaçqın böhranı kimi məsələlər Almaniyanı Aİ-nin xarici və təhlükəsizlik siyasətini idarə etməyə məcbur edir. Rəsmi Berlin, mühacir böhranı ilə yanaşı, Avropa Qonşuluq Siyasəti və Kollektiv Təhlükəsizlik Müdafiəsi məsələlərində də mərkəzi rol oynamaqdadır. Almaniya, həmçinin Rusiya, Türkiyə, ABŞ kimi beynəlxalq aktyorlarla münasibətlər mövzusunda da Avropa İttifaqına liderlik edir.

Almaniyanın liderliyi hərbi güc kontekstində dəyərləndirilməməlidir. Bu ölkə məhz iqtisadi gücü səbəbilə lokomotiv rolunu oynayır. Tarixə də nəzər salsaq görərik ki, Almaniya hərbi gücü son çarə olaraq görən, dialoq və diplomatiyaya sonadək inanan ölkədir. 

Ərdoğan və Merkel - Sputnik Azərbaycan
Almaniya və Türkiyə arasında ixtilaf böyüyür

Heç şübhəsiz ki, Almaniya xarici siyasətinin ən vacib yerini Avropa İttifaqı tutur. Çünki bura təsir imkanları çox güclüdür. Ona görə də, alman hökuməti daxili ictimai və siyasi fəaliyyəti həddindən artıq kəskinləşdirmədən, Aİ içərisindəki problemlərin xroniki hala gəlməməsinə maksimum səy göstərir. Xüsusilə, qaçqınların Avropa dəyərləri üzərində yaratdığı təzyiq və qitənin təhlükəsizliyinin təhdid altında qalması Almaniyanın ən son arzuladığı şeydir.

Yaxın şərqdə yaşanan müharibələr, bölgə insanının təhlükəsizliyini təhdid edir və onlar həyatlarını xilas etmək üçün özlərinə etibarlı sığınacaq axtarırlar. Milyonlarla insan evlərini, mallarını və torpaqlarını tərk edərək daha təhlükəsiz həyat üçün misli görünməmiş köç başladıb. Və bu köç sadəcə qonşu ölkələrə deyil, Avropa qitəsinə, o cümlədən də Almaniyaya təsir edib.

Almaniya, ardı-arası kəsilməyən qaçqın axını nəticəsində müxtəlif problemlərlə üzləşib. Müharibədən canını qurtaranların yol xəritəsinə baxanda, istiqamət Avropa olaraq görünsə də, əsl hədəfin Almaniyaya çatmaq olduğu görülür. Almaniyanın inkişaf etmiş ölkə olması və sosial yardımların qənaətbəxşliyi qaçqınları bura cəlb edir.

Suriya, Liviya və digər müharibə zonalarından qaçan mühacirlər Almaniyanı ciddi düşünməyə vadar edib. Rəsmi Berlin cənub ölkələri ilə münasibətdə Avropa dəyərlərini yaymaqdan çox, stabilliyə daha çox əhəmiyyət verməyə başlayıb.

Cəmiyyətdə irqçi və İslam düşməni PEGİDA kimi hərəkatların siyasətə təsir gücünün artması, o cümlədən qaçqınların yaratdığı iqtisadi yük Almaniya üçün çox təhlükəlidir. Gün keçdikcə sayları artan qaçqınlar bir çox problemləri də özü ilə gətirməkdədir. Mühacirlərə cəmiyyətdə xor baxılması, sosial fəaliyyətlərdən kənarlaşdırılması, onların küçələrə axışaraq öz haqlarını tələb etmələri ilə nəticələnir. Qaçqınların səsləri getdikcə gur çıxmağa başlayır. Və bu, hökuməti qorxudur. 

Almaniya xarici işlər naziri Ziqmar Qabriel - Sputnik Azərbaycan
Almaniyadan Avropa İttifaqına skandal Türkiyə məktubu

Qaçqın böhranı lokal deyil, əksinə, qlobal problemdir. Növbəti köç dalğası Avropanın təməllərini sarsıda və siyasi böhrana səbəb ola bilər. Bütün bu proseslərin sonunda sağ təmayüllü millətçi hərəkatlar güclənərək siyasi arenada söz sahibi ola bilərlər ki, bu da Avropa dəyərlərinin süqutu olar.

Qısası, mühacirlərlə bağlı məsələ Avropa ölkələrində istənilən seçki nəticəsinə təsir etmə gücünə malik problemə çevrilib.

Bunun yeganə həll yolu Türkiyədən keçir. Avropaya girişə mane olacaq, təhlükəni nəzarət altına ala biləcək tək ölkə Türkiyədir. Bunun üçün edilməsi lazım olan tək şey, rəsmi Ankara ilə masaya oturub, sağlam dialoq qurmaqdır.

Xəbər lenti
0