Almaniya və Türkiyə arasında ixtilaf böyüyür

© Photo : Salih Zeki Fazlioglu/Anadolu, Pool Photo via APƏrdoğan və Merkel
Ərdoğan və Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Merkel: "Ərdoğanla danışıqlar Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb"

BAKI, 8 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında  dərin fikir ayrılıqlarını ortaya çıxarıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.  

“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı” — deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik” — deyə o qeyd edib. 

Xəbər lenti
0